Koronavirus

Koronavirusdan qorunmaq üçün xaş yeyin – MÜTƏXƏSSİS YANAŞMASI

Baxış sayı: 918

“Koronavirusdan qorunmaq üçün səhər-axşam kəllə-paça yeyin”. “Gencaile.az” saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin məşhur həkimi, professor Canan Karatay açıqlama verib. 

Həkim kəllə-paçanın bütün yaşlarda olan insanlara çox faydalı olduğunu, yaşlı insanlarda olan müxtəlif ağrıları aradan qaldırdığını da deyib: “Kəllə-paça immuniteti gücləndirir. Yeni bir şey demirəm. Əsrlərdən bəri həyata keçirilənləri deyirəm. Koronavirus yeni bir virus deyil. İndiyə kimi 6 koronavirus var idi. Yenisi ilə birlikdə 7 oldu. İllərdən bəri biz koronavirusla birlikdə yaşayırıq”.

C.Karatay onu da bildirib ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC ) hesabatına görə, Amerikada son 3 ayda 15 milyon kişi adi qripə yoluxub: “Onlardan 140 mini xəstəxanada yatıb. Son 3 ayda Amerikada 8 min 200 adam adi qripdən dünyasını dəyişib. Onlardan 70-i uşaq olub. Nə üçün bu barədə demirlər? Amma koronavirus haqqında danışırlar. Hər il dünyada qripdən yüzlərlə adam ölür. Sensasiya yartmaq üçün koronavirusla bağlı xəbərləri yayırlar”.

Professor qeyd edib ki, Çində koronavirusdan ölənlərin əksəriyyətinin yaşı 80-dən çoxdur: “Ölənlər ya yaşlı, ya da bir çox başqa xəstəlikləri olan insanlardır. Daha çox qaraciyər çatışmazlığı, şəkər xəstəliyi, böyrək çatışmazlığı olanlar ölür. Bu qədər təşvişə əsas yoxdur. Orqanizmimizdə onsuz da viruslar var və onlarla birlikdə yaşayırıq. Bədənimizdəki virus və bakteriyaların sayı orqanizmdə olan hüceyrələrin sayından daha çoxdur”.

C.Karatay qrip viruslarından qorunmaq üçün bir sıra tövsiyələr verib: “Kəllə-paça dediyim kimi, immuniteti gücləndirir. İmmuniteti güclü olanlar xəstələnmir, xəstələnsə də ölmür. Hazırkı virusun yayılması epidemiya deyil. Bundan əvvəl gördüyümüz virusların yayılması zamanı bundan daha çox adam ölüb. Bədəni gücləndirmək üçün kələ-paça ilə yanaşı, həyət tərzi də önəmlidir. Qış aylarında təmiz havada olmaq lazımdır. Qışda isti yer soyuqdan daha təhlükəlidir. Qış aylarında insanlar çox olan yerdən uzaq durulmalıdır. Evləri havalandırmaq vacibdir. Evin içində olan toksin və kimyəvi vasitələr çirkli havadan daha təhlükəlidir. Bundan başqa, qaya duzundan hazırlanmış bol su (içə bildiyiniz qədər duz qoyun) içmək lazımdır. Faydalı bakteriyaların sayını artırmaq üçün qış tərəvəzi olan kələm, turp, sarımsaq, soğan, çuğundur, kərəviz yeyilməli, kənd kərə yağı, təbii sıxılmış zeytun yağı istifadə olunmalıdır. Ev qatığı, ev turşusu da menyuda olmalıdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir