KORONAVIRUS

Koronavirusdan sağalanlarda hansı pozuntu yaranır?

Baxış sayı: 959

Koronavirusdan-COVID-19-dan sağalanlarda ağır immunitet problemi yaranır. “Gencaile.az” saytı xarici mediaya istinadən xəbər verir ki, COVİD-19 virusunun yayıldığı yer sayılan Çinin Uhan şəhərində aparılan araşdırmanın nəticəsində bu qənaətə gəlinib.

Virusologiya İnstitutunun alimləri bu infeksiyadan sağalan insanlarda immun sisteminin fəaliyyətində uzunmüddətli problemlər aşkar ediblər. İmmun sisitemində yaranan bu pozuntuların bir neçə ay ərzində müşahidə edildiyi qeyd edilir.

Araşdırmaçılar bildirb ki, klinik bərpadan 4-11 həftə sonra xəstələrin limfositlərində əhəmiyyətli fenotipik dəyişikliklərin izlənilməsi davam edir.

 

Əlavə edək ki, limfositlər-immunitetə görə cavabdeh olan qan hüceyrələridir, məsələn, HİV kimi infeksiyalar zamanı əhəmiyyətli dərəcədə az olurlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir