oruc

Koronaviruslu günlərdə kimlər oruc tuta bilməz? – XƏBƏRDARLIQ

Baxış sayı: 1. 321

Koronavirusa yoluxmamaq üçün əsas şərt immunitet sistemini güclü saxlamaqdır. Yaxınlaşmaqda olan Ramazan ayında oruc tutacaq insanları da elə bu məsələ düşündürür. İnsanları maraqlandıran suallara dietoloq və ilahiyyatçı aydınlıq gətirib.

 

Həkim dietoloq Tutu Zeynalova bəzi insanların oruc tutmasının səhhətlərinə ziyan olduğunu deyir:

“Ürək-damar, şəkərli diabet, yüksək təzyiq və digər xroniki xəstəliklərdən əziyyət çəkən insanlar yaxşı olar ki, öncə həkimlə məsləhətləşib, sonra oruc tutacaqlarına qərar versinlər. Çünki onların müntəzəm qəbul etdiyi dərmanlar var, bunlar tənzimlənməlidir.

Tutu Zeynalova

Sağlam insanlar isə oruc tuta bilər. Çünki Ramazan ayı bizim orqanizmimizin yenilənməsi üçün verilən bir zamandır. Sadəcə, düzgün və balanslı qidalanmaq lazımdır. Yəni daha faydalı yeməklərə üstünlük verilməlidir”.

Dietoloq deyir ki, oruclu insanlar müəyyən qaydalara mütləq əməl etməlidir:

“Gündəlik su balansınızı qorumaq lazımdır. Menyuda meyvə-tərəvəz, zəngin protein qaynağı olan ət, toyuq, balıq mütləq olsun. Bundan əlavə həftədə iki dəfə paxlalılar qrupunda yer alan qidalar, bitki çayları istifadə edilməlidir. Bütün bunlara riayət etmək şərti ilə əgər evdən çıxmırlarsa, o zaman oruc tuta bilərlər.”

 

ELSAD MIRI

İlahiyyatçı Elşad Miri deyir ki, amerikalı professorun apardığı araşdırma orucun immuninet sistemini zəiflətməsi iddialarını təkzib edib:

“Bu ərəfələrdə Amerikada olanda bir professorla tanış oldum, onun araşdırması müsəlmanların Ramazan ayında tutduqları orucla bağlı idi.

Onun araşdırmasına görə, müsəlmanların Ramazan ayında tutduğu oruc insanda immunitet sistemini və eyni zamanda xərçəng hüceyrələri ilə mübarizə aparan proteinləri gücləndirir. Onun bu araşdırmasında təkcə müsəlmanlar yox, buddistlər, xristianlar, yəhudilər də iştirak edib.

Amma biz Allahın əmri olduğu üçün oruc tuturuq. Buna görə də fikirləşmirik ki, immunitetimiz zəiflədi və yaxud gücləndi. Amma araşdırma bəzilərinin iddia etdiklərinin əksinə immunitetin güclənməsini göstərdi”.

Dietoloqun fikirləri ilə razılaşan ilahiyyatçı söyləyir ki, xəstə adamlar oruc tutmamalıdır, sağlam insanlar isə qidalanmaya önəm verməlidir.

“Qurani-Kərimin “Bəqərə” surəsində buyurulur ki, xəstə insan sağaldıqdan sonra orucunu da tuta bilər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir