KORONAVIRUS

Koronavirusun ümumi əlamətləri dəyişdi – XƏBƏRDARLIQ

Baxış sayı: 818

London Kral Kollecindən olan tədqiqatçılar, COVID-19-un ümumi əlamətlərindəki dəyişiklik barədə xəbərdarlıq edirlər.

Məlumata görə, virusun mutasiyası nəticəsində ən çox ysayılmış əlamətləri baş ağrısı, burun axması və boğaz ağrısı olub.

Genetik epidemiologiya üzrə professor Tim Spektor, SARS-CoV-2 virusunun “Hindistan variantının” özünü soyuqdəymə kimi göstərdiyini açıqlayıb. Buna görə də oxşar əlamətləri olan insanlar koronavirusun yayılmasının qarşısını almaq üçün mütləq test edilməlidir.

“İnsan bunu dərk etmir. Bir növ mövsümi soyuqdəymə olduğunu düşünür və tədbirlərə gedərək başqalarını yoluxdurur. İnfeksiyanın əsas əlamətlərini araşdırırıq. Onlar indi də əvvəlki kimi deyil”, – alim vurğulayıb.

Dünya Səhiyyə Təşkilatı COVID-19-un əsas əlamətləri olaraq quru öskürək, qızdırma və yorğunluğu sadalayır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir