KONUL Telmanqizi

Koronavirusun yaratdığı təşviş fonunda insanlar necə davranmalıdırlar? – PSİXOLOQ YANAŞMASI

Baxış sayı: 952

“Son günlərdə psixoloji olaraq müəyyən yaş həddində olan insanların düzgün olmayan məlumatlar eşitmələri onlarda narahatlıqlarının artması ilə əlaqədar olaraq həddən artıq təşviş halı keçirdiklərini görürəm”. Bu sözləri psixoloq Könül Telmanqızı deyir.

Psixoloqun fikrincə, sosial media vasitəsi ilə tez bir zamanda paylaşılan məlumatların doğru və yaxud yalan olmasını bilmədən insanlarda psixoloji olaraq bir gərginlik başlayır. Bu da insanların ümidsizliyə qapılmalarına və neqativə köklənməsinə gətirib çıxarır. O, insanlara xəstəlikdən psixoloji cəhətdən təsirlənməməkləri üçün yalnız etibarlı mənbələrə riayət etmələrini, təklif olunan tədbirləri həyata keçirməli olduqlarını tövsiyə edir:

Psixoloq Konul Telmanqızı adlı şəxsin şəkli.

 

 

“Qeyd edim ki, bu mövzuda paylaşılan şəkillər və yazılar insanlarda ən çox da yaşlı nəsildə yüksək səviyyədə stress, qorxu, çaxnaşma və narahatlıq yaradır; fobiya, yuxu problemləri, qidalanma problemləri və obsesif düşüncələr kimi artan narahatlığı görmək olur. Bu zaman insan təşvişə düşməyə başlayır. Qlobal miqyasda üzə çıxan bu vəziyyətin psixoloji təsirləri təbii ki, mənfi ola bilər.

İnsanlarımıza səslənərək demək istəyirəm ki, gigiyenik qaydalara qeyd olunan qaydada riayət etdiyiniz kimi, çalışın epidemiya qarşısında da psixoloji dayanıqlığınızı qoruyasınız.

Əvvəlcə çaxnaşma vəziyyətindən çıxmalı və vəziyyətin ciddiliyini sakit qəbul etməli, özünüz üçün qeyd olunan qaydalara əsasən şüurlu tədbirlər görməyə başlamalısınız.

Özünüzü panikaya saldıqca, qorxu halı sizdə daha da artacaq. Bu da sizin psixoloji problemlərinizin artmasına səbəb olacaq. Çalışın ruhi sağlamlığınızı, fiziki sağlamlığınız kimi güclü saxlayın. Dövlətimiz millətimiz üçün bütün qabaqlayıcı tədbirləri görüb. Təşviş yaratmayaraq, hər kəs özü üçün gigiyenik qaydalara əməl edərsə, bir-birimizi qoruya bilərik. Unutmayın qüvvətli ruh zəifləmiş bədəni xilas edər. Hər zaman sağlam olun”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir