Koronavirus

Koronavirusun yeni təhlükəli ştamları yarana bilərmi?

Baxış sayı: 485

Rusiyalı virusoloq Anatoli Altşteyn hesab edir ki, koronavirusun yeni təhlükəli ştamlarının yaranması mümkün deyil. 

“Gencaile.az” saytı “Publika.az”-a istinadən bildirir ki, Qamaleya Mərkəzinin baş elmi işçisi, professor Anatoli Altşteyn hesab edir ki, ölüm hallarının artmasına səbəb olacaq yoluxuculuğu artıran yeni ştamın yaranması ehtimalı azdır.

“Düşünürəm ki, bu, mümkün deyil, çünki dünyada insanların 50 faizindən çoxu artıq peyvənd olunub və əksəriyyət xəstələnib”, – alim vurğulayıb.

Anatoli Altşteynin sözlərinə görə, virusun təkamülü onun patogen xüsusiyyətlərinin azalması istiqamətindədir:

“Əgər epidemiyanın ilk illərində ölüm nisbəti təxminən 5-6% idisə, indi bu, 1 faizdən aşağıdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir