Yəqin ki, lahmacunu sevməyən çox az adam tapılar. Bəs bu ləzzətli təamı evdə hazırlmağa nə deyirsiniz? Həm daha sağlıqlı və ləzzətli olacaq, həm də tez hazırlanacaq. “Gencaile.az”-ın “Yeməyə nə var?” rubrikasında bu dəfə ən praktik lahmacun reseptini təqdim edirik.
Ərzaqlar:
7-8 ədəd lavaş
300 qram az yağlı qiymə
3 ədəd rəndələnmiş pomidor
2 ədəd yaşıl bibər
1 ədəd quru soğan
1/3 dəstə cəfəri
Yarım stəkan duru yağ
Duz, qara bibər, pul bibər, razyana, yarım qaşıq bibər tomatı
Hazırlanma qaydası:
Cəfəri, soğan və bibəri nazik doğrayın. Digər ərzaqlarla birlikdə qarışdırın. Hazırlanan içliyi lavaşların üstünə yayın.
200 dərəcədə əvvəldən qızdırılmış sobada bişirin.
Nuş olsun!