“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün ciyər sevənlər üçün limonlu yarpaq ciyərin reseptini təqdim edirik.
Tərkibindəkilər:
• 350 qram ciyər
• 1 ədəd limon
• Un
• Kərə yağı
• Zeytun yağı
• Ağ şərab
• Duz
• İstiot
Hazırlanması:
İlk öncə ciyəri yarpaq şəklində kəsin. Sonra duzlaynr və una batırın. Tavanı qızdırın, içinə zeytun və kərə yağı tökün. Kənarda unlanmış və duzlanmış ciyərləri tavaya qoyub 2 dəqiqə hər iki tərəfini də qızardın. Daha sonra tavadan götürüb ayrı bir boşqaba qoyun. Kərə yağını əridərək üstünə tökün. Limonu halqa şəklində dilimləyib tavaya düzün. Ciyərləri limon dilimlərinin üstünə qoyduqdan sonra üzərinə 1/3 stəkan ağ şərab tökün. Tavanın qapağını örtüb bir neçə dəqiqə bişirin. Daha sonra ciyərləri limonlarla süfrəyə verə bilərsniz.
Nuş olsun!