“Kirayə mənzil bazarında ay ərzində 3.58 % azalma baş verib”.
Bu sözləri “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov deyir.
Mütəxəssis deyir ki, ötən ilin eyni dövrü ilə müqayisədə isə 3,12 % azalma olub:
“Ay ərzində artım ikiotaqlılarda və çoxotaqlılarda olub. Birotaqlı və üçotaqlılarda isə azalma qeydə alınıb.
2020-ci ilin eyni dövrü ilə müqayisə etdikdə isə bütün otaqlar üzrə ucuzlaşma var. Bahalaşma əsasən ucuz evlərdə qeydə alınıb və qiymətlər 9.33 % artıb”.
N.İbrahimov qeyd edir ki, təkrar mənzil bazarında ay ərzində 0,94 %, il ərzində isə 2,59 % azalma qeydə olunub:
“İlkin mənzil bazarında ay ərzində 0,73 % artım, il ərzində isə 3,51 % azalma müşahidə edilib”.
Ekspert son olaraq mənzil bazarında ucuzlaşmanın səbəblərindən də söz açdı:
“Buna ilkin olaraq səbəb tələbin aşağı düşməsidir. Pandemiya dövründə təhsildə baş verən dəyişikliklərə görə, regionlardan şəhərə gələn tələbələrin sayının kəskin aşağı düşməsi, digər tərəfdən də əhalinin real gəlirlərinin azalması mənzil bazarında ucuzlaşmağa gətirib çıxarıb”.