“Gencaile.az” saytının “Yabancı dad” rubrikasında bu gün sizə macar mətbəxinə aid yemək olan gulaşın hazırlanma qaydasından bəhs edəcəyik.
İnqrediyentlər
1 kq dana quşbaşı
3 ədəd soğan
3 diş sarımsaq
1 x.q. bitki yağı
1 x.q.tomat
1 ç.q. istiot
1 ç.q. duz
1 ç.q. kəklikotu
½ ç.q. cirə
1ədəd dəfnə yarpağı
Hazırlanma mərhələsi
Geniş qazanda adi yağla və bitki yağı birlikdə qızdırılır. Doğranmış soğan və sarımsaqlar 2-3 dəqiqə yağda çevrildikdən sonra bütün ədviyyatlar əlavə olunur, qarışdırılır. Ardından ətlər qazana tökülür, ətlər suyunu çəkənə qədər qovrulur. Tomat əlavə olunur, qoxusu çıxana qədər qarışdırılır və su əlavə olunur. Ayrı bir kasada un və yeməkdən 1 çömçə su birlikdə həll olunur, maye halını alına qədər çalınır. Yenidən qazana tökülür. Bir az qaynadıqdan sonra ocağın altı azaldılır və ətlər yumşaqlaşana qədər bişirilir.
Təqdim etdi: Aydan Kərimli