Qebile

Ən əcaib 5 seksual ənənə

Baxış sayı: 880

Əgər düşünürsünüzsə ki, müasir dünyada sekslə məşğul olmaq müşkül işdir, bəzi primitiv qəbilələrin nümayəndələrinin bunu etmək üçün nələrdən keçdiyini öyrənin.

 

“Çempionlar qəlyanaltısı”

Yeni Qvineyada yaşayan sambian qəbiləsində oğlan uşaqlarının maraqlı yetkinlik dövrünə keçmə mərasimi var.

Yeddi yaşında oğlan uşaqlarını qızlardan ayırırlar və növbəti 10 il onlar kişi kollektivində tərbiyyə alır. Bu zaman ərzində onlar ovlanmağı, müharibə etməyi öyrənir, bədənin fərqli-fərqli hissələrini pirsinq edirlər. Belə baxanda qeyri-adi bir şey yoxdur. Lakin bu hələ son deyil.

Sadalananlarla bir yerdə uşaqlar hər səhər qəbilənin ən güclü döyüşçülərinin spermasından hazırlanan kokteyl içməyə məcburdurlar…

İqtidarsızlara (impotentlərə) ölüm

Mərkəzi Afrikada yaşayan şilluk qəbiləsinin rəhbər seçimi ilə bağlı qəribə bir adəti var. Bu vəzifəyə seçilən şəxs bonus olaraq qəbilənin onlarla ən gözəl qızına sahib olur.

Başqa sözlə, onlar onun arvadı olur. Lakin rəhbərlər bu vəziyyətə o qədər də sevinmirlər. Qadınlar (sayları 50-yə çata bilər) rəhbərin onların hamısıni seksual baxımdan təmin etmədiyi barədə şikayət etdiyi an bədbəxt kişini hamının gözü önündə edam edirlər.

 

Seksdən öncə atışdırma

Yeni qastronomik bölümə baş vururuq. Sekslə məşğul olmaq istəyən sironio (Şərqi Boliviya) qəbiləsində yaşayan cütlüklər bir-birinin bədənini bit və gənədən təmizləyir. Əlbəttə ki təmizlik əla şeydir.

Həmçinin seks zamanı qoltuq altındakı və ya digər yerdə gizlənən gənə alınan bütün ləzzəti poza bilər.Məsələ ondadır ki, onlar bir-birinin bədənindən tapdığı həşəratları tullamırlar. Onları barmaqlar arasında sıxıb udurlar…

Getdi “balaca bəyin” yarısı

Cənubi Afrikada yaşayan qottentotların dəhşətli bir adət var. Onlar erkək cinsindən olan uşaqların yumurtasının birini amputasiya edirlər. Buna səbəb, guya ki, əkizlərin doğulmasının qarşısını almaqdır.

 

Əsas quru olsun

Zimbabvedə qadınlar cinsi əlaqədən öncə öz intim orqanlarını quruluq yaradan xüsusi otlarla silir. Onların fikrincə məhz bu zaman cütlük ideal sekslə məşğul ola bilərlər.




1 şərh “Ən əcaib 5 seksual ənənə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir