Bədənin sağlamlığı maddələr mübadiləsinin sürətindən asılıdır. İstehlak olunan qidanın həzm edilməsi enerji istehsalına birbaşa təsir göstərir. Buna yardımçı olan digər amillər: yuxunun keyfiyyəti, genetik amillər, yaş, həyat tərzin, fiziki fəaliyyət, hormonlar və s. Bu sistemin pozulması və ləngiməsi isə arzuolunmaz çəkiyə belə səbəb ola bilər.
Yaş artıqca bu mübadilə prosesi yavaşlayır. Lakin müəyyən vərdişlərə riayət etməklə, vitamin və minerallarla zəngin qidaları qəbul etməklə mükündür.
D vitamini
Yumurta sarısı, qızılbalıq və süd məhsulları D vitamini ilə zəngindir. Bu vitamin hormonları və qanda qlükoza səviyyəsini tənzimləyir, sümükləri möhkəmlədən kalsiumla təmin edir, immuniteti qoruyur, depressiya riskini azaldır.
Maqnezium
Maqnezium banan, qoz-fındıq, paxlalı bitkilər, ispanaq, taxıl, kartof və balıqda olur. Bədəndə maqnezium çatışmazlığı varsa, orqanizmin maddələr mübadiləsi yavaşlayır. Bu səbəbdən yuxarıda adı çəkilən qidaları qəbul etmək vacibdir.
B vitamini
B vitamini ilə zəngin olan qidalar sırasına dəniz və süd məhsulları, yumurta, yağsız ət, qırmızı balıq, qəhvəyi düyü, balqabaq, qoz-fındıq, toxum, banan, alma və digər meyvə-tərəvəzlər daxildir. İmmunitet sistemini gücləndirmək, hüceyrə mübadiləsini tənzimləmək və qan şəkərinin səviyyəsini saxlamaq üçün bu vitaminin istehlakı mütləqdir.
C vitamini
C vitamini ispanaq, kələm, kartof, bibər, giləmeyvələrdə və bütün sitrus meyvələrində var. Bu vitamin hüceyrələri sərbəst radikalların təsirindən qoruyan, qocalma prosesini ləngidən, gəncliyin əsas zülalı olan kollagenin istehsalını stimullaşdıran, immunitet sistemini gücləndirən təbii antioksidantdır. Həmçinin C vitamini zülal, karbohidrat və xolesterin mübadiləsinə müsbət təsir göstərir.