Koronavirus epidemiyası səbəbindən sosial məsafə, maska istifadəsi və gigiyena qaydaları artıq insan həyatının bir hissəsinə çevrilib. Maskaların istifadəsi qorunma tədbirləri arasında birinci yeri tutur. Həm özünün, həm də ətrafındakılarının sağlamlığı üçün maska taxmaq çox vacibdir. Maskalardan istifadə edərkən həm gigiyenamızı, həm də dərimizi qorumaq vacibdir.
Beləliklə, xarici KİV-ə istinadən maskadan istifadə edərkən dərimizi qorumağın yollarını təqdim edirik.
Hər gün maskalardan istifadə edərkən dərimizə laqeyd yanaşa bilərik. Ancaq dərimiz havasız qaldığına görə, ən çox bu dövrdə qayğıya ehtiyacı var.
Dərinizi mütəmadi olaraq nəmləndirin. Sızanaqlar meydana gəlməməsi üçün dəriniziin təmizliyinə diqqət yetirin.
Bu müddətdə stress və narahatlıq səbəbi ilə dəri problemləri yarana bilər. Bundan əlavə, maskaların istifadəsi səbəbindən qaşınma, tərləmə, qızarma və sızanaq kimi problemlər inkişaf edə bilər.
Sızanaqların meydana gəlməsinin qarşısını almaq üçün gigiyenaya diqqət yetirmək lazımdır. Dərinizi tər, kir və bakteriyalardan təmizlədiyinizə əmin olun.
Tez-tez uzun müddət istifadə olunan maskalar dəyişdirin. Bol su için.
Sabun və su yoxdursa, dezinfeksiyaedici və odekolon ilə təmizləndikdən sonra əl kremindən istifadə edin.
Maska istifadə edərkən dərinin təmizlənməsinə diqqət yetirin. Səhər və axşam dərini təmizlədikdən sonra su əsaslı bir nəmləndirici ilə nəmləndirin, dərini qurutmamaq üçün isti deyil, ilıq su ilə duş alın.
Tonal kremin daha yüngül tərkibli olanını seçin, yaxud, günəşdən qoruyucu kremdən istifadə edə bilərsiniz.
Həddindən artıq acı, ədviyyatlı və isti içkilərdən çəkinin. Bir mütəxəssislə məsləhətləşdikdən sonra kremlər, günəş qoruyucuları və aptek məhsullarından istifadə edin.