yemeye ne var

“Meşəbəyi daxması” salatı belə hazırlanır – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 567

“Gencaile.az” saytı oxucularına ənənəvi olaraq təqdim etdiyi  “Yeməyə nə var?” rubrikasında bu dəfə sizə “Meşəbəyi daxması” salatının hazırlanma qaydasını təqdim edir.

 

Tərkibi: 

400 q ağ lobya konservi
1 baş soğan
2 yerkökü
200 q hisə verilmiş kolbasa
2 diş sarımsaq
1 paket suxarı
təzə göyərti
250 q mayonez
duz
istiot

mesebeti daxmasi salati

Hazırlanması

Lobya konservinin suyunu süzün, lobyanı yuyun.

Soğanı təmizləyib kubik doğrayın.

Yerkökünü sürtgəcin iri gözündən keçirin.

Soğanı yerkökü ilə qovurun, artıq yağını süzün.

Kolbasanı nazik şəridlərə doğrayın.

Qovrulmuş tərəvəzi lobya ilə qarışdırın, əzilmiş sarımsaq və mayonez əlavə edin, duz, istiot vurub qarışdırın.

Salatı təpələmə qaba yığın, üzərinə kolbasanı çırpı kimi qalaqlayın, ətrafına isə suxarıları düzün.

 

İlahə Atəş




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir