qan

Qan analizi ilə hansı xəstəliklər aşkarlanır?

Baxış sayı: 483

Əksər vaxtlarda xəstəxanaya yoxlanmaq üçün getdikdə həkimlərin ilk məsləhəti qan analizlərinin verilməsi olur. Buna səbəb bir çox hallarda pasientin şikayətini qanın analizlərinin nəticəsində bilmək olur. Çünki qan sistemi orqanizmin bütün orqan və toxumalarının fəaliyyətini dəstəkləyir.

Maraqlıdır bəs, hansı xəstəliklər qanla aşkarlanır?

Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Könül Kərimovanın sözlərinə görə, istənilən patoloji vəziyyət və ya xəstələnmə hallarında ümumi qan analizinin aparılması vacibdir:

“Əlbəttə ki, təcrübəli həkim yalnız tək gözləri və əlləri ilə ilkin diaqnoz qoya bilir: xəstənin ümumi görünüşü, dərisinin, selikli qişalarının, dilin rəngi, hətta yerişinin xüsusiyyətinə əsaslanaraq. Lakin lazım olan müayinələrdən imtina edilməməlidir, çünki ilk baxışdan aşkar görünən xəstəlik halı belə mütləq tədqiqatların əsasında təsdiqlənir və həkim bu məlumatları əldə etməlidir.

Ümumiyyətlə, qan sistemi orqanizmin bütün orqan və toxumalarının fəaliyyətini dəstəklədiyi üçün istənilən patoloji vəziyyət və ya xəstələnmə hallarında ümumi qan analizinin aparılması məqsədyönlü hesab edilir. Hətta müəyyən yaş həddindən sonra profilaktik olaraq ildə bir dəfə qanın və sidiyin ümumi analizinin müntəzəm olaraq aparılması tövsiyə olunur. Bu müayinələr əsasında məsələn, daxili orqanların (qara ciyər, mədəaltı vəz, böyrəklər) fəaliyyətində yaranan dəyişiklikləri və yaxud metabolizm pozğunluqlarını vaxtında aşkar edib qarşısını almaq olur”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir