* Ət bişirərkən dağılmasın deyə, suyuna bir neçə damcı sirkə əlavə edin.
* Keksi qəlibdən asan çıxarmaq istəyirsinizsə, 10 dəqiqə gözləyin.
* Sobaya yerləşdirdiyiniz keks qəlibinin yanmasının qarşısını almaq üçün qəlibin altına bir qədər duz tökə bilərsiniz.
* Xəmir mayası alarkən mütləq istehsal tarixinə baxın.
* Yaş xəmir mayasının paketi qabarıbsa almayın. Çünki yaş maya isti yerdə aktivləşir və qabarmağa başlayır.
* Dolmaya vuracağınız düyünü mütləq ilıq suda saxlayıb yumşaldın və nişastasını təmizləmək üçün bir neçə dəfə yuyun. Belə etsəniz, düyünün bərk olmasının qarşısını alarsınız.
* Təzə dəniz məhsullarını hava keçirməyən, qapaqlı qabda soyuducuda saxlayın və ən azı iki gün ərzində istifadə edin.
* Şorbanı vam odda bişirməklə ləzzətini artıra bilərsiniz.
* Keksi qaşıqla qarışdırırsınızsa, qaşığı südə batırın ki, xəmirin yapışmasının qarşısını alasınız.
* Keksin daha yaxşı qabarması üçün yumurtaları ən azı 1 saat əvvəl soyuducudan çıxarın.
* Peçenye xəmirinin əlinizə yapışmaması üçün əllərinizi soyuq su ilə isladıb quruladıqdan sonra peçenyeyə şəkil verin.
* Makaronu qaynatdığınız sudan bir az ayırıb sousa əlavə etsəniz, sous daha ləzzətli olar.
* Tort bişirərkən keks qəlibini qatı yağla deyil, maye yağ ilə yağlayın ki, keksin yanma ehtimalı az olsun.
* Plovun sıyıq olmaması üçün düyünü yaxşıca yuyun.
* Əgər paxlavanızın kənarının nazik olmasını istəyirsinizsə, paxlavanı oxlovla açarkən kənarlarına barmaqlarınızın ucu ilə basın.