Ən qədim zamanlardan insanlar cəmiyyətdə vəziyyətini və ya statusunu geyim və aksessuarlarla vurğulayıb. Bu yazıda moda tarixindən topladığımız maraqlı faktları təqdim edirik.
Qarğıdalı yastıqlarında yatan qadınlar
Qədim Yaponiyada qadınlar qarğıdalı yastıqları üzərində yatırdılar. Onların düşüncələrinə görə, bundan sonra onların saçları daha həcmli və parlaq olurdu.
Sifilis epidemiyasından sonra dəbə düşən taxma pariklər
XVI-XVII əsrlərdə Avropada sifilis xəstəliyi çox yayılmışdı. Uzun çəkən xəstəlikdən sonra keçəl qalan bir çox insan görünüşünə rəng qatmaq üçün bir çox insanlar süni saçdan hazırlanan pariklər taxmağa başladı. Buna görə də o zamanlar sağlamlıq göstəriciləri kimi uzun saç, bığ və saqqal daha məşhurlaşmışdı. Ən əsası taxma pariklər Fransa kralı XIV Lüdovikin zamanında dəbə düşdü. Onun qardaşı İngiltərə kralı II Çarlz erkən yaşlarından keçəlləşməyə başamışdı. Lakin bu, onun xəstəliyə tutulması ilə əlaqəli olması dəqiq bilinmir, çünki bu taxma pariklər onların imicini qoruyurdu.
Bir çoxları tərəfindən sevilən pariklər XVIII əsrə qədər öz aktuallığını qoruyub saxlayır. Hətta XVIII əsrdə İngiltərənin qadınları quş lələklərindən və müxtəlif meyvələrdən hazırlanmış pariklər də taxmağa başladı.
Sən demə, uşaq geyimləri 200 il öncə yaranıb
Qəribə səslənsə də, lakin 200 il əvvəl uşaq geyimləri anlayışı yox imiş. O zamanlar uşaqlar kiçik ölçülərdə olan böyüklər üçün nəzərdə tutulan geyimlər geyinirdilər. Lakin bu geyimlər uşaqlar üçün heç də rahat deyildi. Beləcə bir müddətdən sonra uşaqlar üçün nəzərdə tutulan geyimlər hazırlanmağa başladı.
Koreyalı qadınların qeyri-adi geyimləri
XVII əsrdən XX əsrin əvvəllərinə qədər Koreyada qadınlar arasında xüsusi geyimlər dəb halına çevrilmişdi. Əvvəlcə papaqlı gödəkcəni geoqori adlandırdılar. Daha sonra bu gödəkcənin altına geyinilməsi üçün heoritti adlı bir bluz hazırlandı ki, bu bluzu da yalnız yuxarı siniflərin nümayəndələri geyinə bilərdi.
Daha sonra Koreyada nəinki evdə, həmçinin ictimai yerlərdə sinəsi açıq kostyumlar dəbə düşdü. Bü cür kostyumlar yenicə ana olan qadınlar üçün hazırlanmağa başlandı. Belə bir geyimdə onlar yeni doğulmuş körpələrini rahatlıqla yedirə bilirdilər.
Əyri ayaqları gizlətmək üçün xüsusi gödəkcələr
XV əsrin sonlarında hökmranlıq edən Fransa kralı VIII Çarlz kişi üçün xarici görünüşün əsas olduğunu düşünürdü. Bu səbəbdən o öz ayaqlarının əyriliyindən çox narahat idi. Kralı bu kompleksindən azad etmək üçün dərzilər çox çalışmalı oldular.
Zəngin naxışlı uzun gödəkcələr ilk dəfə Çarlzın sifarişi ilə tikildi və təbii ki, həmin gödəkcələr tezliklə hər kəs tərəfindən çox sevildi. Kralın hakimiyyəti dövründə həmim gödəkcənin tikilişi dəyişsə də , lakin uzunluğu dəyişməz olaraq qaldı.
Status simvoluna çevrilən baş geyimləri
Zadəganlar özlərini cəmiyyətdəki digər təbəqələrdən vizual olaraq fərqləndirmək üçün həqiqətən də əllərindən gələni edirdilər.
Buna görə də məşhur geyim aksessuarlarından biri dəparçadan ya naqillərlə müəyyən formaya salınmış parçadan hazırlanmış baş geyimi idi. İntibah dövründə bu qeyri-adi baş geyimləri status simvoluna çevrilmişdi.
Qaş və kirpiklərin olmaması
İntibah dövründə modapərəstlər daha çox açıq alına üstünlük verirdilər. Onlar, həmçinin alın və boynu vurğulamaq üçün tez-tez qaş və kirpiklərini qırxırdılar. Leonardo da Vinçinin “ Mona Liza” əsəri buna bariz nümunədir.
Köynəklər haqqında bilmədikləriniz
Sən demə, hər il 2 milyarddan çox köynək satılır. Bunu da əlavə edək ki, daha öncə köynəklər alt paltarın elementi idi. Ancaq indi köynək üst geyim kimi məşhurdur.
Kraliçanın topallığını təqlid edən dikdabanlar
XX əsrin əvvəllərində hökmranlıq edən Böyük Britaniya və İrlandiya kralı VII Edvardın həyat yoldaşı, Danimarka şahzadəsi Aleksandra moda tarixində inqilab edən məşhur simalardan biri olub. Onun geyindiyi geyimlər dərhal dəb halına çevrilirdi.
Aleksandra doğuşdan sonra revmatoid artrit xəstəliyinə tutulduğuna görə, kraliçanın ayağında müəyyən problemlər yarandı. Çox maraqlıdır ki, axsamağa başlayan dəb ikonasını bir çoxları təqlid etməyə başladı. Hətta onun yerişini təkrarlamaq üçün xüsusi dikdabanlar hazırlandı. Ancaq sağlam insan üçün hər zaman axsaqlığı təqlid etmək çox çətindir, ona görə də bir çıxış yolu icad edilmişdi.
Hətta bu xüsusi ayaqqabılar mağazalarda “Alexandra’s Lameness” markası kimi məşhurlaşaraq satılmağa başlamışdı.
Enlibalaq şalvarın tarixçəsi
Heç bilirdinizmi ki, 1930-cu ildə Marlin Ditrixin “Mərakeş” filmində geyindiyi enlibalaq, bol kəsimli kişisayağı şalvar bütün qadınları heyrətə gətirmişdi? Bu filmin ekranlara çıxmasından sonra qadınlar kişisayağı enli şalvarlar geyinməyə başladılar. Beləliklə, bu şalvarlar hər kəs tərəfindən çox sevildi.
Bikini kimin şərəfinə adlandırılıb?
Bikinilər Birinci Dünya müharibəsində ABŞ ordusunun bombalarını sınaqdan keçirdiyi Bikini Atoll adasının şərəfinə adlandırılıb. Onların yaradıcısı Louis Rear olub.
İlk modelin yaranması haqqında
1500-cü illərdə modelyerlər paltarlarını miniatür gəlinciklərə taxaraq nümayiş etdirirdilər. O zamanlar canlı model anlayışı yox idi. İlk modellər yalnız 1853-cü ildə ortaya çıxdı.
Bu hadisədən sonra jiletlərin satışı azaldı
Bir çoxları tərəfindən sevilən dünya şöhrətli aktyor Klark Qeybl populyarlığının zirvəsində olanda kişilər ona bənzəmək üçün onun kimi geyinirdilər. Aktyor bir dəfə çəkildiyi filmdə pencəyin altından jilet geyinməmişdi. Bundan sonra jiletlərin satışı 40 faiz aşağı düşdü.
Samirə Tağıyeva