GEYIM 2

Moda tarixindən maraqlı faktlar

Baxış sayı: 440

Ən qədim zamanlardan insanlar cəmiyyətdə vəziyyətini və ya statusunu geyim və aksessuarlarla vurğulayıb. Bu yazıda moda tarixindən topladığımız maraqlı faktları təqdim edirik.

 

Qarğıdalı yastıqlarında yatan qadınlar

Qədim Yaponiyada qadınlar qarğıdalı yastıqları üzərində yatırdılar. Onların düşüncələrinə görə, bundan sonra onların saçları daha həcmli və parlaq olurdu.

 

Sifilis epidemiyasından sonra dəbə düşən taxma pariklər

XVI-XVII əsrlərdə Avropada sifilis xəstəliyi çox yayılmışdı.  Uzun çəkən xəstəlikdən sonra  keçəl qalan bir çox insan görünüşünə rəng qatmaq üçün bir çox insanlar süni saçdan hazırlanan pariklər taxmağa başladı. Buna görə də o zamanlar  sağlamlıq göstəriciləri kimi uzun saç, bığ və saqqal daha məşhurlaşmışdı. Ən əsası taxma pariklər  Fransa kralı XIV Lüdovikin zamanında dəbə düşdü.  Onun qardaşı İngiltərə kralı II Çarlz  erkən yaşlarından keçəlləşməyə başamışdı.  Lakin bu, onun xəstəliyə tutulması ilə əlaqəli olması dəqiq bilinmir, çünki bu  taxma pariklər onların imicini qoruyurdu.

Bir çoxları tərəfindən sevilən pariklər  XVIII əsrə qədər öz aktuallığını qoruyub saxlayır. Hətta  XVIII əsrdə İngiltərənin qadınları  quş lələklərindən və müxtəlif meyvələrdən hazırlanmış pariklər də taxmağa başladı.

 

Sən demə, uşaq geyimləri  200 il öncə yaranıb

Qəribə səslənsə də, lakin  200 il əvvəl uşaq geyimləri anlayışı yox imiş. O zamanlar  uşaqlar kiçik ölçülərdə olan  böyüklər üçün nəzərdə tutulan geyimlər geyinirdilər. Lakin bu  geyimlər uşaqlar üçün  heç də rahat deyildi. Beləcə bir müddətdən sonra uşaqlar üçün nəzərdə tutulan geyimlər hazırlanmağa başladı.

 

Koreyalı qadınların qeyri-adi geyimləri

XVII əsrdən XX əsrin əvvəllərinə qədər Koreyada qadınlar arasında xüsusi geyimlər dəb halına çevrilmişdi. Əvvəlcə papaqlı gödəkcəni geoqori adlandırdılar. Daha sonra bu gödəkcənin altına geyinilməsi üçün  heoritti adlı bir bluz hazırlandı ki,  bu bluzu da yalnız yuxarı siniflərin nümayəndələri geyinə bilərdi.

Daha sonra Koreyada nəinki evdə, həmçinin  ictimai yerlərdə sinəsi açıq kostyumlar dəbə düşdü.  Bü cür kostyumlar yenicə ana olan qadınlar üçün hazırlanmağa başlandı. Belə bir geyimdə onlar  yeni doğulmuş körpələrini rahatlıqla yedirə bilirdilər.

 

Əyri ayaqları gizlətmək üçün xüsusi gödəkcələr

XV əsrin sonlarında hökmranlıq edən Fransa kralı VIII Çarlz kişi üçün xarici görünüşün əsas olduğunu düşünürdü. Bu səbəbdən o öz ayaqlarının əyriliyindən  çox narahat idi. Kralı bu kompleksindən azad etmək üçün dərzilər çox çalışmalı oldular.

Zəngin naxışlı uzun gödəkcələr ilk dəfə Çarlzın sifarişi ilə tikildi və təbii ki, həmin gödəkcələr tezliklə hər kəs tərəfindən çox sevildi. Kralın hakimiyyəti dövründə həmim gödəkcənin tikilişi dəyişsə də , lakin uzunluğu dəyişməz olaraq qaldı.

 

Status simvoluna çevrilən baş geyimləri

Zadəganlar özlərini cəmiyyətdəki digər təbəqələrdən vizual olaraq fərqləndirmək üçün həqiqətən də əllərindən gələni edirdilər.

Buna görə də  məşhur geyim aksessuarlarından biri dəparçadan  ya naqillərlə müəyyən  formaya salınmış parçadan hazırlanmış baş geyimi idi. İntibah dövründə bu qeyri-adi baş geyimləri status  simvoluna çevrilmişdi.

 

Qaş və kirpiklərin olmaması

İntibah dövründə modapərəstlər daha çox açıq  alına üstünlük verirdilər. Onlar, həmçinin  alın və boynu vurğulamaq üçün tez-tez qaş və kirpiklərini qırxırdılar. Leonardo da Vinçinin “ Mona Liza” əsəri buna bariz nümunədir.

 

Köynəklər haqqında bilmədikləriniz

Sən demə, hər il 2 milyarddan çox köynək satılır.  Bunu da əlavə edək ki, daha öncə  köynəklər alt paltarın  elementi idi. Ancaq indi köynək üst geyim kimi məşhurdur.

 

Kraliçanın topallığını təqlid edən dikdabanlar

XX əsrin əvvəllərində hökmranlıq edən Böyük Britaniya və İrlandiya kralı VII Edvardın həyat yoldaşı, Danimarka şahzadəsi Aleksandra moda tarixində inqilab edən məşhur simalardan biri olub.  Onun geyindiyi geyimlər dərhal dəb halına çevrilirdi.

Aleksandra doğuşdan sonra revmatoid artrit  xəstəliyinə tutulduğuna görə, kraliçanın ayağında müəyyən problemlər yarandı. Çox maraqlıdır ki, axsamağa başlayan dəb ikonasını bir çoxları təqlid etməyə başladı.  Hətta onun yerişini təkrarlamaq üçün xüsusi dikdabanlar hazırlandı.  Ancaq sağlam insan üçün hər zaman axsaqlığı təqlid etmək çox çətindir, ona görə də bir çıxış yolu icad edilmişdi.

Hətta bu xüsusi ayaqqabılar mağazalarda “Alexandra’s Lameness” markası kimi məşhurlaşaraq satılmağa başlamışdı.

 

Enlibalaq şalvarın tarixçəsi

Heç bilirdinizmi ki,  1930-cu ildə Marlin Ditrixin “Mərakeş” filmində geyindiyi enlibalaq, bol kəsimli kişisayağı şalvar bütün qadınları heyrətə gətirmişdi? Bu filmin ekranlara çıxmasından sonra qadınlar kişisayağı enli şalvarlar geyinməyə başladılar. Beləliklə, bu şalvarlar hər kəs tərəfindən çox sevildi.

 

Bikini kimin şərəfinə adlandırılıb?

Bikinilər Birinci Dünya müharibəsində ABŞ ordusunun bombalarını sınaqdan keçirdiyi Bikini Atoll adasının şərəfinə adlandırılıb. Onların yaradıcısı Louis Rear olub.

 

İlk modelin yaranması haqqında

1500-cü illərdə  modelyerlər paltarlarını miniatür gəlinciklərə taxaraq nümayiş etdirirdilər. O zamanlar canlı model anlayışı   yox idi. İlk modellər yalnız 1853-cü ildə ortaya çıxdı.

 

Bu hadisədən sonra jiletlərin satışı azaldı

Bir çoxları tərəfindən sevilən dünya şöhrətli aktyor Klark Qeybl populyarlığının zirvəsində olanda kişilər ona bənzəmək üçün onun kimi geyinirdilər. Aktyor bir dəfə çəkildiyi filmdə pencəyin altından jilet geyinməmişdi. Bundan sonra jiletlərin satışı 40 faiz aşağı düşdü.

 

Samirə Tağıyeva

GEYIM 5

GEYIM 4

GEYIM 3

GEYIM 2

GEYIM 1




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir