aile

Möhkəm ailədən başlayan xoşbəxtlik

Baxış sayı: 1. 554

Çox vaxt ailə quran tərəflər bir-birilərinə uyğunlaşa bilmirlər. İlk vaxtlar əhəmiyyətsiz görünən kiçik problemlər sonradan böyük problemlərə səbəb olur. Bu isə minalanmış sahəyə bənzəyən ailə həyatında gec-tez partlayışlara gətirib çıxarır. Hətta, iş o yerə gəlib çıxır ki, üzləşdiyimiz problemlərin qarşısını almaq üçün:

– Özümüzə onun gözü ilə;

– Ona onun gözü ilə;

– Ona başqalarının gözü ilə baxa bilmirik.

aile

Elə düşünməyin ki, ailə problemləri qarşısında aciz qalan təkcə yeni ailə quran gənclərdir. Boşananlar arasında 2-3 uşaq sahibi olan ortayaşlı insanlar da az deyil. Bunlardan bəziləri ağaran saçlarına əhəmiyyət vermədən onlara atalıq sevinci bəxş edən, uşaqlarını böyütmək üçün minbir əziyyətə qatlaşan anaların – qadınların haqqını unudurlar. Bəziləri isə uşaqları ac qalmasın deyə, hər cür işin qulpundan yapışan, ailəsi uğrunda minbir əzaba dözən ailə başçılarından üz döndərirlər. Onu da qeyd edək ki, ailənin dağılmasında ən çox zərər çəkən uşaqlardır. Çünki ailə onların sağlam böyüməsini təmin edən müqəddəs bir ocaqdır. Bu ocağı məsuliyyətsizlikləri ilə dağıdan şəxslər isə, ilk növbədə, özlərini hesaba çəkməlidirlər. Digər tərəfdən, bu vəziyyətdə ayrılmaq istəyən tərəfin psixoloji vəziyyətini nəzərə almalı, yersiz davranışlarına səbirlə yanaşaraq, yaxşı günlərində olduğu kimi, pis günlərində də yanında olmalısınız.

Unutmayın ki, qəlbinizdəki boşluğu doldurmaq üçün atdığınız bu addım sizə xoşbəxtlik gətirməyəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir