Bu mövsüm aksessuarlar ilə tərzinizi yeniləmək vaxtıdır! Odur ki, qarşıdakı aylarda trend olacaq aksessuarları təqdim edirik:
Hazırda çəhrəyı həsir papağa, mirvari saç bağına yaxud sintetik çantaya ehtiyacınızın olmadığını düşünə bilərsiniz. Ancaq inanın ki, bu kiçik aksessuarlar yeni bir siz yaradacaq!
Vintaj kəsimlərə sahib bu bel çantaları əslində ötən ilin sonlarından həyatımızdadır. Bu il isə qəlibdən çıxaraq azad olurlar, rəng və material dəyişdirirlər. Əvvəllər mirvarilərin hakim olduğu çantalar hazırda çiçəklər açıb.
Bu mövsüm əlləriniz, qollarınız və boynunuz sanki partidə imiş kimi hiss etdirəcək. Bu göstərişli aksessuarlar özləri kimi bir çox qarışıq hissi eyni anda qarşı tərəfə ötürə bilir.