xestelik

Dempinq sindromu nədir?

Baxış sayı: 405

Yemək əvvəlcə ağzımıza daxil olur, oradan mədəmizə enir və nəhayət bağırsaqlarımızdan çölə atılır. Mədədən bağırsağa enmə prosesi müəyyən bir zaman alır. Amma bu qısa zamanda meydana gəlirsə, bu, dempinq sindromu adlanan vəziyyətə səbəb ola bilər. Heyvanlardan fərqli olaraq insanlar yalnız doymaq üçün deyil, həm də həzz almaq üçün yeyirlər.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, ancaq bəzən yeməkdən sonra bütün həzzimiz korlanır. Müxtəlif xəstəliklər səbəbinə görə yeməkdən sonra şişkinlik, yorğunluq, yanma, sürətli ürək döyüntüsü kimi bir çox bezdirici əlamətlər meydana çıxır. Bu simptomlara səbəb olan pozğunluqlardan biri dempinq sindromu adlanır. Dempinq sindromu yeməkdən sonra yaranan narahatlıq hissidir. Əsas səbəb ağzımızdan mədəmizə gedən qidanın bağırsaqlara normaldan çox daha sürətli düşməsidir. Bu problem ümumiyyətlə mədə əməliyyatı keçirmiş insanlarda və qeyri-sağlam qidalanan insanlarda müşahidə olunur.

 

Dempinq sindromu nədir?

Dempinq sindromu mədə xəstəliyinin bir növüdür. Ümumiyyətlə, simptomlar yeməkdən 10-30 dəqiqə və ya 1-3 saat sonra görünür. Mədə boşalması adlanan dempinq sindromu adətən mədə əməliyyatı keçirmiş insanlarda baş verən bir vəziyyət hesab olunur. Saxaroza adlanan süfrə şəkəri və ya fruktoza adlanan meyvə şəkəri qəbul edilkdən sonra dempinq sindromunun olması riski yüksəkdir.

 

Dempinq sindromu nədən yaranır?

Yeməyi ağzınıza qoyursunuz, çeynəyirsiniz və mədənizə göndərirsiniz, mədə onları turşu ilə parçalayır və bağırsağa göndərir, bağırsaqda sorulmanı həyata keçirir və nəhayət pulpa xaric edir. Bu təbii proses baş verərkən müəyyən vaxt keçir. Lakin dempinq sindromunda qida və turşunun mədədən bağırsağa enməsi anormal sürətlə baş verir və insanda diskomfort yaradır.

Ümumiyyətlə, dempinq sindromu olan insanlar əvvəllər mədə əməliyyatı, mədə bypass adlanan bariatrik cərrahiyyə və ya yemək borusu əməliyyatı keçiriblər. Bu cür cərrahiyyə əməliyyatı olmayan insanlar da dempinq sindromunun simptomları ilə qarşılaşa bilərlər.

 

Dempinq sindromunun əlamətləri hansılardır?

Yeməkdən sonra şişkinlik, anormal dolğunluq hissi, qusma, ürəkbulanma, ishal, qarın krampı, bədən səpgiləri, başgicəllənmə, zəiflik, tərləmə, yorğunluq hissi, zehni qarışıqlıq, konsentrasiya itkisi, silkələmək və s. dempinq sindromunun əlamətləridir. Bu simptomların bəziləri yeməkdən 10-30 dəqiqə sonra, bəziləri isə 1-3 saat sonra müşahidə edilə bilər.

Əgər əməliyyatdan sonra dempinq sindromu yaşayırsınızsa, normal şəraitdə bu narahatlıq 7-12 həftə ərzində öz-özünə keçəcək. Xəstəyə bu prosesi ən asan şəkildə keçməsinə kömək etmək üçün pəhriz tövsiyələri və ya dərman verilə bilər. Problem davam edərsə və xəstə arıqlamağa başlamışsa, cərrahi üsullar tətbiq oluna bilər. Tətbiq edilən xüsusi cərrahi üsullarla mədə daha yavaş boşalır.

Özünüz edə biləcəyiniz yumşaldıcı tədbirlər var. Yeməyi udmadan əvvəl yaxşıca çeynədiyinizə əmin olun. Yeməkdən sonra yarım saat uzanmayın. Gündə yeməklər arasında ən az 8 stəkan su içmək lazımdır.

Dempinq sindromu olan insanlar makaron, düyü, ağ çörək, süd, süd məhsulları, süfrə şəkəri, şərbətli içkilər, qazlı içkilər, meyvə şirəsi, hazır yeməklərdən uzaq olmalıdırlar.

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir