Payız-qış mövsümü trikotaj geyimlərin hər birini sınaqdan keçirməyə imkan verir. İsti və rahatdır, eyni zamanda digər trendlərdən pis görünmürlər. Əgər sizin artıq trikotaj sviterləriniz, ətək və donlarınız varsa, başqa bir variantına – şalvarlara da yaxından nəzər salmağa dəyər.
Trikotaj şalvarlar mövsüm trendləri arasında xüsusi yer tutub. Dizaynerlər hesab edir ki, dəbli trikotaj dəstlər yalnız ev geyimi kimi qəbul olunmalı deyil, gündəlik həyatımızda da istifadə edilməyə layiqdirlər.
Qeyd edək ki, stilistlər trikotaj şalvarları dəst şəklində geyinməyi təklif edirlər. Yeri gəlmişkən, bu, ən sərfəli sərmayəyə çevriləcək, çünki siz üst və alt hissəni həm birlikdə, həm də ayrı-ayrılıqda geyinə biləcəksiniz. Dəstin üst hissəsi müxtəlif parçalardan olan şalvar, cinslər və ətəklərlə rahat şəkildə birləşdirilə bilər. Bununla belə, payız-qış qarderobunda müstəqil trikotaj şalvarların da öz yeri var. Məsələn, düz və ya enli kəsim modelləri istənilən sviter və jaketlərlə ideal vəhdət yaradacaq.
Trikotaj geyimlərin hər bədən quruluşuna yaraşmadığı doğrudur. Lakin düzgün modeli seçsəniz, heç bir problem yaşamaqyacaqsınız. Artıq çəkili xanımsınızsa, enli balaqlı və hündürbel modellərə nəzər salın. Onları istənilən ayaqqabı ilə geyə bilərsiniz.