Müasir təhsil dünya standartlarına uyğun olmalıdır. Dünya standartları dedikdə bura müxtəlif amillər aiddir. Belə ki, ilk öncə şagirdlərin sağlamlığı ön plana çəkilməlidir, müəllim-şagird münasibətləri deyilən bir anlayış var ki, bu da şagirdlərin inkişafinda ən mühüm faktorlardan biridir.
Müəllimin dərs planı, zamanı düzgün bölməsi, dərs izahının hər şagirdin səviyyəsinə uyğun aparılması müəllimdən çox böyük peşəkarlıq tələb edir. Hər bir şagird müəllimin diqqət merkəzində olduğunu hiss etməlidir. Dərs əsnasında hər bir izahatın ardınca şagirdlərə suallar verilərək öyrənmə prosesinin necə getdiyini bilmək dərsin mahiyyətinin əsas məzmunu olmalıdır. Növbəti dərslər isə ötən mövzuya əsasən şagirdlərə sərbəst chalışma, sərbəst düşünmə və analiz qabilliyyətinin inkişaf etdirilməsi üzrə təşkil olunmalıdır.
Müasir tədris şagirdlərə yalnız müəyyen fənnlərin öyrədilməsi deyil, onları həyata hazırlamaq, cəmiyyətdə öz ayaqları üzərində möhkəm dura biləcək şəxsiyyətlər kimi formalaşmasında yol göstərməlidir.
Xatirə Mirzəliyeva
kimya/fizika/biologiya üzrə Stokholmda çalışan mütəxəssis müəllim