Koronavirus

Koronavirusdan sağalan xəstələrdə hansı dəyişikliklər olur?

Baxış sayı: 540

Keçirilmiş koronavirus xəstəliyi zamanı orqanizmdə olan bütün orqan və sistemlər zədələnə bilər. Bunlara ürək, böyrək, ağciyər, mədə və bağırsaq sistemlərini, damarları, öd yollarını, hətta xaya və yumurtalıq kimi kişi və qadın orqanlarını misal göstərmək olar.

Bu barədə həkim-radioloq Şəbnəm Topbaştekin məlumat verib.

Həkimin sözlərinə görə, xəstəliyi yüngül formada keçirən xəstələrdə belə, sonradan 3 və 6 ay müddətində fərqli simptomlar meydana gələ bilər. Bunlardan yaddaş pozğunluğu, dad və qoxu hissinin itməsi kimi əlamətlər uzun müddət davam edə bilər.

“COVID-19 infeksiyası xüsusilə riskli yaş qrupundakı insanların xroniki xəstəliklərini kəskinləşdirir və ağırlaşdırır. Məsələn, ağciyərlərdə yayılmış pnevmaniya nəticəsində tənəffüslə bağlı bəzi xəstəliklər əmələ gələ bilir. Xəstəlik dövründə ürək yükünün artması ilə əlaqədar ürək çatışmazlığı əlamətləri inkişaf edir”, – deyə o, bildirib.

Radioloq bildirib ki, gözümüzün sinir təbəqəsini (retina) qidalandıran damarlarda olan tıxanıqlıq da xəstəlik müddətində və sonrakı dövrdə görmə pozğunluqlarına səbəb olur. Bunlara uveit, konyuktivit və xəstəlik dövründə qəbul edilən dərman preparatları ilə bağlı olan ağırlaşmalar aiddir. Araşdırmalara görə, COVID-19 nadir də olsa, qalıcı görmə zəifliyi və hətta az hallarda korluğa səbəb olur.”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir