1941-ci il iyunun 10-da SSRİ-nin Xalq Müdafiə Komissarlığının 0035 nömrəli əmrində belə bir qeyd yazılmışdı: “Yu-52” (Almaniya hərbi təyyarəsi-red.)təyyarəsi sərhəddən maneəsiz keçmişdi”.
Bu haqda ilk məxfi sirlər 1994-cü ildə ortaya çıxıb. Ən qəribəsi odur ki, bu sənəd aşkar olunana kimi heç kimin diqqətini cəlb etməmişdi. Yeri gəlmişkən, hazırda aktı araşdıran müəlliflər də onun bəzi qaranlıq hissələrini anlaya bilməyib.
Ən önəmli faktları qeyd edəcəm:
Sənəd Rusiya Dövlət Hərbi Arxivinin bağlı fondlarından birində saxlanılır və SSRİ müdafiəsinin xalq komissarının orijinal sifarişlərinin unikal hissəsidir. Bu arxiv yaxın vaxtlara qədər İkinci Dünya Müharibəsinin tədqiqatçılarının diqqət mərkəzində idi. Heç kim heç nə izah etmirdi. İlk növbədə ona görə ki, fakt unikal idi.
“15 may 1941-ci il Yu-52-in Alman təyyarəsi tamamilə sərbəst şəkildə havaya qalxıb və Minsk, Moskva, Smolensk vasitəsilə Sovet ərazisinə girə bilib”.
Tarixlərə diqqət yetirsək görərik ki, Qırmızı Ordu əslində uçuşdan öncə xəbərdarlıq edib. Lakin təyyarənin nəriltisi xəbərdarlıqdan əvvəl eşidilib. Əmrin tonallığına və fakturasına görə bu, dövlət üçün fövqəladə hadisə idi. Günahkarlar kimdir? Hava Hücumundan Müdafiədə ayıqlığı itirmiş səhlənkarlar.
Əmrin qəribə tərəfləri
Əmr, fövqəladə hadisənin yeganə sənədidir. Heç yerdə akt barəsində başqa iz tapmaq mümkün deyil. Və çox güman ki, memuar yazıçısı Pavel Sudoplatov onun haqqında, “1941-ci ilin mayında alman “Yunkers-52 təyyarəsi” Sovet hava məkanına girir və sağ-salamat Moskvanın mərkəzində yerləşən “Dinamo” stadionuna enir. Bu hadisə Kremldə böyük ajiotaja səbəb olur. Həmçinin də hərbi komandanlıq rejimində repressiya dalğalarının yaranmasına”. Təyyarənin düz Moskvanın mərkəzinə füsunkar enişi Sovetin müharibə üçün nə qədər zəif hazırlaşdığının sübutu idi.
Sənəddə qeyd olunan əsas məqamlar uçuş, onun Sovet məkanına sakit enişi və təhlükəsizlik işçiləri daxil olmaqla heç kimin bundan xəbəri olmaması idi. Bu hadisədən sonra hərbçilər arasında “təmizləmə” işləri başlanılıb. Əvvəlcə aviasiya üzrə kadrların hazırlığı, sonra isə qəza vəziyyəti üçün daha çox məsuliyyətli insanlar cəlb olunub. Lakin məxfilik haqqında heç kim ağzını açıb bir kəlmə deyə bilmirdi.
Dəftərxana məlumatlarına nəzər yetirək:
“Daxil olan məlumatlar (hava müşahidəsi, bildiriş, əlaqələr və s.). Bəli, sadəcə bu zaman sərhədi pozmuş təyyarə aşkar edilir. Həmin təyyarə ki, Sovet ərazisinin düz 29 km dərinliyinə kimi gedə bilmişdi. Təyyarənin Sovet səmasında görünməsindən 7 dəqiqə sonraki uçuşuna baxanda “Yu-52”-nin xarakteristikasını müəyyən etmək olar. Gəlin oxuyaq:
“… Sovetlər Alman təyyarələrinin siluetlərini bilmədən onu DS-3-ün reys təyyarəsi kimi enişinə icazə verib”. Deməli, ruslar üç mühərrikli Yu-52-nin tipik siluetini ayırd edə bilməyib. Onlar öz köhnə tanışlarını tanımayıb.
P.S. 1940-cı ilin martında Berlin müntəzəm olaraq Sovet ərazisinə Yu-52-ni göndərirdi.
Yeri gəlmişkən, Belostok aeroportu uçuş haqqında teleqramla xəbər vermişdi ki, “Alman təyyarəsi havaya qalxıb və Belostoya uçur”. Deməli, Moskvanın ehtiyat tədbirləri görmək üçün 4 saat vaxtı olub. Amma….
Burada bir nüans da ortaya çıxır:
Əmrin saxlanma forması başqa cür idi. Qırmızı Ordunun Hərbi Hava Qüvvələri qərargahının 1-ci bölməsinin rəis müavininin müdiri sənəddə göstərir ki, “Təyyarənin Moskva ərazisinə enməsi onun icazəsi ilə olub. Əgər repressiyaların davam etdiyi bu qızğın dövrdə Hərbi Hava Qüvvələrləri belə sərəncamı cəsarətlə pozurdusa, burada hansı sərəncamdan, aktdan söhbət gedə bilər ki?
Cəzalar
Cəzalandırılanlar arasında ərbi Hava Qüvvələrlərinin generalı Volodin var idi. 1941-ci il iyunun 27-də onu tamam başqa bir səbəblə həbs edirlər. Əmrin digər “qəhrəmanları” xüsusi olaraq yoxlanılıb. Həmin ilin iyulunda itkin düşən Hava Hücumundan Müdafiənin mayoru Avtonomovanı çıxsaq, digər bütün hərbçilər müharibənin sonuna kimi sağ-salamat xidmət edib və mükafatını alıb.
Qayıdaq suallara...
Təyyarə havaya qalxır, uçuş gerçəkləşir, uzaqdan əmr gəlir və heç kim cəzalandırılmır. Daha dəqiq desəm, kim təyyarəni hara aparmaq istəyirdi?
Yenidən təkrarlayıram: mayın 15-də təyyarə uçur və bu haqda informasiya düz 26 gün sonra dərc edilir. Bəs Ali Komandanlıq bu hadisəyə lazımi qədər diqqət yetirib?
Çox güman ki, bu sualların dəqiq və etibarlı cavabını tapa bilməyəcəm. Ona görə keçirik Almaniya tərəfinin falına baxmağa. Müharibə vaxtı yazılmış memuarlarlardan birində Nürnberq məhkəməsində bu mövzu ilə bağlı heç bir ifdəyə rast gəlmək olmur. Şübhəsiz ki, üçüncü reyx qalmaqallı uçuşu düzgün izah edir, hətta özünə haqq qazandırır. Qısaca desək, müharibənin digər sirli tapmacasını tapmaq elə də asan deyil.
Həmin dövrlər Partiya Sov.İKP –nin xəbəri olmayan sənəd və Siyası Büro Stalinin nəzarəti altında idi. May ayında Siyasi Büronun iclasların birmənalı şəkildə sayıqlıq tələblərinə görə cinayət məsuliyyəti daşıyan səhlənkarlar, hətta dolayı yolla belə olsa bu cür parlaq faktı gözdən qaçırdıqları üçün cəzalandırılmalı idi. İkincisi isə Stalinin Siyasi Büroya başçılıq etdiyi dövr məhz 21 iyun 1941-ci ilə iclaslarında müharibənin olimpiya sakitliyini göstərməyə başlayır. Amma 1939-cu ilin 23 avqustundan SSRİ və Almaniya arasında hücum etməmə haqqında imzalanan pakt qüvvədə qalırdı.
“Kəşfiyyat dəqiq məlumat verdi…”
Moskvanın əvvəlki əmin-amanlığı qalmamışdı. 1941-ci il aprelin 21-də Xalq komissari Alman təyyarəsinin SSRİ sərhədini daim pozduğuna qarşı tədbirlər görməyə başlayır. SSRİ Almaniyanın müvəqqəti vəkilini çağırır və “Uçuşlar tez-tez olduqca güllə səsləri kəsilməyəcək” – deyə xəbərdarlıq edir.
Aprelin 24-də Alman hərbi dəniz attaşşesi raport verir ki, Moskvada alman-sovet müharibəsi sürətlə irəliləyir. Hətta müharibə üçün tarix də verilib – 20 may. Mayın 2-də Almaniyanın səfiri həyəcan təbilini çalır: qaçılmaz alman-rus müharibəsi haqqında şayiələr getdikcə çoxalır və təkzib etmək cəhdləri də boşunadır. Budur, Sovet İttifaqı sərhədlərində 103-107 Alman bölmələri cəmləşib.
Hər şey faktlar əsasında yazılır: Kreml təşviş halındadır. 1941-ci il mayın 5-də Stalin hərbi akademiyaların məzunları qarşısında çıxış edir. Növbəti gün o, hakimiyyəti öz əllərində cəmləyib SSRİ-nin SNK-na başçılıq edir. Bundan sonra, Hitler kimi, o da rəhbərdir. Getdikcə Alman diviziyalarının sayı isə 119-a çatır.
Məhz 15 may 1941-ci ilə fürer və “Barbarossa” planı çərçivəsində SSRİ-də hücuma hazırlıqları bitirmək əmri verilir.
Sadəcə fiqur
15-17 mayda Moskva daxilində qeyri-adi hadisələr baş verirdi. Siyasi Büronun iclasları daim bu tarixlərdə keçirilsə də, bu dəfə pauza verilir və mayın 16-da iclas heyəti toplanır.. Bəlkə də bu gün yoldaş Stalin qərar qəbul etməli idi?!
Mayın ortasında Stalin Sovet İttifaqında ən məlumatlı insanları öz köməkçisi seçir. Söhbətin isə sadəcə mövcud səənədlər və təyyarənin sirli gəlişi ilə bağlı olduğunu bildirir.
22 iyun dönüş nöqtəsi idi.