Uşağı dərs oxumağa necə həvəsləndirməli?

Baxış sayı: 1. 384

Valideynlər övladlarının daima yeni bilik və bacarıqlar əldə etmələri, dərslərinə həvəsli olmaları, müvəffəqiyyət əldə etmələri üçün çalışsalar da bəzən bunu necə etməli olduqlarını bilmirlər.

Məktəbdə fənn müəlliminin dərs prosesini necə qurması dərsə motivasiyanın vacib amillərindən biridir. Siz valideynlər isə öhdəliyinizə düşənləri edərək bu istiqamətdə övladınıza yardımçı olmalısınız.

Övladınızda dərsə motivasiya yaratmaq üçün:

  • Dərslərini rahat edə  bilməsi üçün uyğun şərait yaradın.
  • Dərslərini yorğun zamanında etməməsinə diqqət edin. Məktəbdən gəldikdən sonra dincəlməsi üçün şərait yaradın. Daha sonra isə dərslərini etməyə başlaması məqsədəuyğundur.
  • Dərsləri arasında fasilələr verməsi önəmlidir.  Bu övladınızın dərslərini daha yaxşı mənimsəməsinə və yorulmamasına  kömək edər.
  • Bilik əldə etməyin faydaları barədə övladınıza məlumat verin. Bu zaman ən doğru sözlərdən istifadə etməyiniz dediklərinizin övladınız üçün anlaşıqlı olmasına kömək edər. Övladınız sizin dediyinizi yalnız dinləməməli, dərk edərək özü üçün faydalı şəkildə istifadə etməlidir. Uzun mühazirələrlə bu halı darıxdırıcı etməyin.
  • Müəlliməsinə hörmətlə yanaşın. Sizin münasibətiniz övladınızın münasibətini formalaşdırır.  Məktəbə, müəlliməsinə olan münasibət dərslərə olan marağını daha da artırar.
  • Ev tapşırıqlarını yerinə yetirmək əvəzinə oyunlar oynamağı daha üstün tutan övladınıza  ev tapşırığını zamanında yerinə yetirmələri üçün motivasiya edin. Məsələn, “ev tapşırığını bitirdikdən sonra həyətə gedərik” ,  “dərslərini bitirdikdən sonra birlikdə filmə baxarıq” və s. kimi cümlələrlə onu həvəsləndirə bilərsiniz.
  • Dərslərində əldə etdiyi kiçik uğurlarına belə  sevindiyinizi ona hiss etdirin.
  • Dərsdən sonra övladınızla məktəbdə olanlar barədə danışın. Onun dostları, müəlliməsi, dərsləri barədə fikirlərini bölüşməsinə imkan yaradın. Diqqətiniz onun üçün çox önəmlidir.
  • Övladınıza məktəbdə alacağı təhsilin onun gələcək həyatı üçün nə dərəcədə önəmli olduğu barədə danışın.
  • Dərslərində zəif nəticə əldə etdiyində digər uşaqlarla və ya özünüzün məktəbdə olan uğurlarınızla müqayisə etməyiniz övladınızda özünəinamsızlıq yaradar. Ona inandığınızı, növbəti dəfə daha yaxşı nəticələr əldə edə biləcəyini, bunun üçün biraz daha artıq çalışmalı olduğunu  bildirməniz daha məqsədəuyğun olar.
  • Həftəni və ya dərs ilini uğurla  başa vuran övladınızı mükafatlandırın.

Bilik əldə etməyin faydaları barədə övladınıza məlumat verin. Bu zaman ən doğru sözlərdən istifadə etməyiniz dediklərinizin övladınız üçün anlaşıqlı olmasına kömək edər. Övladınız sizin dediyinizi yalnız dinləməməli, dərk edərək özü üçün faydalı şəkildə istifadə etməlidir. Uzun mühazirələrlə bu halı darıxdırıcı etməyin




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir