Zumrud Haqverdiyeva

Münasibətdə diqqət cəlb etməyi azaldacaq məqamlar – “SEANS VAXTI”

Baxış sayı: 318

1) Təmizliyin kifayət qədər olmaması

Təmizlik və şəxsi baxımın kifayət qədər olması, qarşı tərəfin diqqətini çəkən faktorlardan biridir. Narahat edən qoxu, təmizliyin olmaması partnyorunu itələyən amillərdən biridir.

 

2) Bədən dili

Bədən dilinin düzgün olması, insanın özgüvənindən xəbər verir. Qapalı duruş, ünsiyyətə girmək də çətinlik yaradır.

 

3) Monoton danışıq

Partnyorun diqqətini cəlb edən şeylərdən biri də danışıq tərzidir. Monoton danışıq tərzi, şəxsin diqqətini çəkməyə bilir.

 

4) Davamlı şikayətçi olmaq

Halından daima şikayət edən şəxs, qarşısındakı insana mənfi təsir edir.

 

5) Empatiyanın azlığı

Empatiya başqalarını anlamaq və dəstək olmaq bacarığıdır. Empatiya hissinin azlığı, ünsiyyət zamanı maneə yaradır.

 

6) Özünü olduğundan artıq bəyənmə

Bu şəxslər, partnyorun diqqətini daha az çəkir və itələyici olur.

 

7) Ünsiyyət qurmaq bacarığına aşağı olması

Sağlam ünsiyyət qurmağı bacarmaq, partnyorunuzla ünsiyyət qurmağınıza daha çox kömək olacaqdır.

 

8) Diqqətsizlik

Partnyorunuza diqqətcil davranmaq, onu dinləmək, Sizi daha çox çəkici göstərəcəkdir.

 

9) Daxilinə qapanıq olmaq

İçinə qapanıq şəxslər, partnyoru ilə ünsiyyət qurmaqda çətinlik çəkir. Daha çox ünsiyyətcil olmaq, qarşı cinsin marağını daha çox cəlb edəcəkdir.

 

10) Neqativ düşüncələr

Daima neqativ düşüncəyə sahib olan şəxs, qarşı cinsin diqqətini cəlb etməz. Daha çox pozitiv və müsbət düşüncəyə sahib şəxslər, daha çox diqqət cəlb edir.

 

Zümrüd Haqverdiyeva

Bilmed Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir