yemeye ne var

Soğan bozbaşı belə hazırlanır – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 366

Soğan bozbaşı Azərbaycan mətbəxinin qədim yeməklərindən biridir. Zəngin tərkibi və fərqli ləzzəti ilə seçilir. Tərkibində bol soğan olduğuna görə soğan bozbaşı deyilir. İstəyinizə görə su və yaxud ət bulyonunda bişirə bilərsiniz. Beləliklə, “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında məhz soğan bozbaşının hazırlanmasından danışacağıq.

 

Lazım olan ərzaqlar:

sarıkök

yağ

2 yumurta

2 xörək qaşığı yumru düyü

1 ədəd heyva

4 ədəd böyük soğan

2 ədəd kartof

7-8 ədəd şabalıd

yarım stəkan qaragöz lobya

su və ya ət bulyonu

duz

quru nanə

 sogan bozbasi

Hazırlanma qaydası:

Lobyanı suda yumşalana qədər qaynadıb suyunu süzün.

Şabalıdı qabığından təmizləyin. Bunun üçün şabalıdın qabığını bir az çərtib suda qaynadıb qabığını təmizləyin.

Kartofu kub şəklində doğrayın.

Heyvanı təmizləyib doğrayın.

Soğanları soyub yarımhalqa şəklində nazik doğrayın. Kərə yağında orda odda tam yumşalıb rəngi saralıb bir az qızarana qədər bişirin.

Qazanda 1 litrə qədər su qaynadın. Bişirdiyiniz soğanı əlavə edin. Kartofu, düyünü töküb az odda yumşalana qədər bişirin. Sonra heyva, lobya və şabalıdı da şorbaya əlavə edin. Şorba bişdikdən sonra yumurtaları ayrı qabda çalıb isti-isti şorbaın hər tərəfinə töküb, altını söndürün.

Süfrəyə verdikdə üzərinə quru nanə səpin.

Nuş olsun!

 

Təqdim etdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir