Zumrud Haqverdiyeva 1

Münasibəti gücləndirmək üçün nə etmək lazımdır? – “SEANS VAXTI”

Baxış sayı: 543

Münasibətiniz necə gedir? Hər cütlük üçün fərqli cavab verilə bilər. Cütlüklər arasındakı ünsiyyətin  əlaqə səviyyəsinə görə oxşarlıqları ola bilər. Bir-birini sevən iki insan arasındakı bağ canlı olduqda, ünsiyyət, güvən onların həyatına daha da toplanacqdır.  Digər tərəfdən, həyat yoldaşınızla ünsiyyətinizdə keyfiyyətsizliyi hiss edirsinizsə, məsafələrin və fikir ayrılıqlarının olması normaldır. Bu səbəblə soyuqluqdan qaçmaq üçün bu bağları gücləndirmək çox vacibdir.

Aşağıda qeyd ediləcək bəndləri diqqətə almaq, münasibəti daha da gücləndirəcəkdir;

1) Ünsiyyət və minnətdarlıq hissi

Minnətdarlıq hissi münasibəti daha da möhkəm edir. Kişilər qadınlara və qadın kişilərə bir-birlərinin həyatında olduqları üçün minnətdar olduqlarını göstərməlidirlər. Sevgilinizin hər gün sizə verdiyi minlərlə kiçik hədiyyə var: dostluq, dəstək, səbir… Zaman keçdikcə onun varlığına alışırı və onu normal olaraq görməyə başlanılır. Bu,  böyük səhvdir.

 

2) Birlikdə baş-başa qalmaq üçün vaxt ayırın

Zaman keçdikcə münasibətləriniz normallaşmağa başlayır. Birlikdə vaxt keçirməyi planlaşdırdığınız zaman, hər zaman yanınızda kimsə var. Addım-addım birlikdə vaxt keçirməyi unutmağa başlayırsınız. Sevdiyiniz insanla sağlam bir əlaqə qurmaq üçün cütlük kimi birlikdə vaxt keçirmək  ən əsas yollardan  biri olmalıdır. Bu, hər ay baş verməli olan bir şeydir. Əslində mümkünsə hər gün olmalıdır.

 

3) Münasibətinizi gücləndirmək üçün  gündəlik yeniliklər

Rutinlə davam etmək, münasibətlər üçün ən pis haldır. Zamanla biz gündəlik sevginin əhəmiyyətini unuduruq.  Sevgi, qucaqlaşma və məhəbbət göstərmək üçün etdiyiniz kiçik gündəlik  hər zaman olmalıdır.

 

4) Problemləri nəzərdən qaçırmayın, onları həll edin

Aranızda fikir ayrılığı yarandıqda, ən yaxşısı onu həll etməyə çalışmaqdır. Heç nə olmamış kimi davranmayın. Əks halda, qəzəb, anlaşılmazlıqlar get-gedə daha da artacaqdır.

 

5) Duyğulara diqqət edin

Münasibət hər şeydən öncə  emosional xarakter daşıyır. İlk növbədə hisslər və duyğular ifadə edici olmalıdır. Öz duyğularınızı ifadə etməklə yanaşı, qarşı tərəfin də duyğularını diqqətə alın

 

Zümrüd Haqverdiyeva

“Bilmed” Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir