yemek

Xardal və balda bişirilmiş dovşan

Baxış sayı: 418

“Gencaile.az” saytı xardal və balda dovşan ətinin bişirilmə qaydasını təqdim edir

 

Tərkibi (4-6 pay):

1 kq dovşan əti

50 q toyuğun döş əti

2 göy soğan

2 diş sarımsaq

1 x.q. kərə yağı

1 x.q. bal (çox ətirli olmasın)

1,5 x.q. dijon xardalı

1 x.q. dənəvər xardal

1 x.q. bəyaz üzüm sirkəsi

50 ml ağ şirin şərab

150 ml toyuq, yaxud tərəvəz bulyonu

duz

təzə üyüdülmüş istiot

zeytun yağı

kəklikotu (təzə, yaxud qurusu)

 

Hazırlanması:

Əti doğrayın, ləyənə yığıb sirkə, zeytun yağı, duz-istiot qatıb əlinizlə yaxşıca qarışdırın. 20-30 dəqiqə saxlayın.

Sobanı 170 dərəcə qızdırın. Soğanla sarımsağı xırda doğrayın. Toyuq döşünü xırda kubik doğrayın. Tavada kərə yağını əridin, dovşan ətini orta itilikli odda hərtərəfli qızardın. Odadavamlı qaba yığın.

Dovşan ətini qızartdığınız tavada toyuq ətini rəngi dəyişənədək qovurun, soğan, sarımsaq və kəklikotu əlavə edin, 2-3 dəqiqə qovurun. Şərabı əlavə edib yarısı buxarlanınca bişirin (tavanın dibini qarışdırmağı unutmayın). Bulyon, bal, xardalın hər iki növünü əlavə edin. Duz-istiot vurun. Qaynara düşəndə götürüb dovşanın üzərinə tökün. Üzərinə kəklikotu düzün.

Qabın ağzına folqa çəkin. Sobada 40 dəqiqə bişirin. Sonra folqanı çıxarıb daha 30 dəqiqə bişirin. Əti çevirin,  yenə 30 dəqiqə bişirin. Hazır ət sümükdən rahat ayrılmalıdır.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir