duz

Duzdan tamamilə imtina etsək… – EKSPERT RƏYİ

Baxış sayı: 405

Duzdan tamamilə imtina etmək mümkündürmü? Əgər zəruridirsə nə üçün? Axı bizə hər tərəfdən deyirlər ki, duz ağ zəhərdir. Həddindən artıq duz qəbulu hipertoniya, ürək, böyrək və s. xəstəliklərin inkişafının səbəblərindən biridir. Bəs orqanizm tamamilə natrium xloridsiz qalsa nə baş verir?

MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin rəhbəri, ailə həkimi, terapevt Nərminə Abbasova bu mövzuda birmənalı danışır: duz lazımdır, onsuz insan yaşaya bilməz.

Nermine Abbasova

“Əslində insan duzsuz yaşaya bilməz, natriumsuz yaşaya bilməz – dəhşətli qıcolmalar baş verər və ölər”. Natrium xlorid qəbulunun aşağı nisbəti gündə iki qramdır, daha az ola bilməz.

“Ümumiyyətlə, duzu pəhrizinizdən tamamilə çıxara bilməyəcəksiniz. Bir çox qidaların tərkibində gizli duz var, hətta bəzən heç gözləmədiyiniz yerlərdə belə. Məsələn, 100 qram çörək bir qram duzdur. Kolbasa, pendir – ümumiyyətlə, yediyimiz hər şeydə gizli duz var”, – deyə həkim izah edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir