Sevgi — bəşəriyyətin ən qədim və bir o qədər də mürəkkəb duyğularından biridir. Bu hissin bizi yüksəltdiyi qədər, dərin uçuruma da yuvarlaya bilməsi onun necə yaşandığı ilə birbaşa bağlıdır. Müasir dövrdə münasibətlərin təbiəti dəyişib: bir tərəf üçün xoşbəxtlik olan münasibət, digər tərəf üçün yorğunluq və tükənmişlik hissi yarada bilir. Bəs bu fərq haradan qaynaqlanır?
Mövzuyla bağlı “Gencaile.az” saytına danışan psixoloq Aydan Məmmədova bu paradoksun kökündə emosional asılılıq probleminin dayandığını vurğulayır:
“Biz çox zaman qarşı tərəfdən emosional olaraq asılı oluruq. Sevdiyimizə görə yox, onun bizdə doldurduğu boşluğa görə bağlanırıq.”
Başqa sözlə, bəzi insanlar münasibətə, qarşı tərəfə deyil, onda tapdıqları “tamlıq hissinə” bağlanırlar. Bu isə sağlam münasibətdən çox, içimizdəki boşluqları doldurma cəhdinə çevrilir. Həmin boşluq isə sevgi ilə yox, özünü tanımaq və dəyərləndirməklə dolmalıdır.
Münasibətdə “mən”in yoxluğu
Emosional asılılıq tədricən fərdin şəxsiyyətini və sərhədlərini silə bilər. Aydan Məmmədova qeyd edir:
“Münasibət içində ‘mən’ yoxdursa, hər şey ‘o’ və ‘biz’ üzərində qurulubsa, deməli, biz artıq öz sərhədlərimizi itirmişik.”
Bu vəziyyət zamanla özgüvənin azalmasına, qərarsızlığa və psixoloji gərginliyin dərinləşməsinə səbəb olur. İnsan həyatını yalnız qarşı tərəfin varlığı üzərində qurduqda, onun hər hərəkəti, mesajı və ya uzaq davranışı ciddi daxili təlatümlərə yol açır.
Ən təhlükəlisi isə budur ki, insan bu vəziyyətdən çıxa bilmir. Münasibət zərərli və ya laqeyd olsa da, onu tərk etmək mümkün olmur. Çünki məsələ qarşı tərəfdə deyil, insanın özünü tanımamasında və daxili boşluqlarını başqa biri ilə doldurmaq cəhdindədir.
Sağlam münasibətin yolu: Özünü tanımaq və sevmək
Buradan çıxış yolu varmı? Əlbəttə, var. İlk addım — özünü tanımaq və sevməkdir. Aydan Məmmədova bu barədə belə deyir:
“Münasibət bizi tamamlamamalı, biz onsuz da tamam olmalıyıq. Əgər yalnız olanda dəyərsiz hiss ediriksə, bu, sevgiyə yox, psixoloji boşluğa işarədir.”
Bu fikirlər bir daha göstərir ki, sağlam münasibət üçün iki fərdin hər biri əvvəlcə öz daxilində bütöv olmalıdır. Ancaq bu zaman sevgi paylaşmaq formasını alır və ehtiyaca çevrilmir. Sevgi azadlıq və inkişaf üçün fürsət yaradırsa, bu münasibət doğrudur. Əgər insan boğulursa, qorxursa, özünü itirirsə — orada artıq sevgi yox, asılılıq var.
Sevgi ehtiyac deyil, paylaşmaqdır
Münasibətlərin təməlində iki fərqli insanın bir-birini tamamlaması deyil, birlikdə böyüməsi və inkişaf etməsi dayanmalıdır. Özünü sevən və sərhəd qoymağı bacaran insan həm münasibətdə sağlam qalır, həm də kimliyindən imtina etməz.
Mövzuya dair fikirlərini bildirən psixoloq Aydan Məmmədova sonda aşağıdakıları dedi: “Özünü sevən və sərhəd qoymağı bacaran insan, həm münasibətdə sağlam qalır, həm də özü olmaqdan vaz keçmir. Sevgi bizə özümüzü unutdurmamalıdır. Əksinə, bizə özümüzü daha yaxşı tanımaq və dəyər vermək üçün güzgü olmalıdır. Unutmayaq:
Əgər bir münasibət bizi azadlaşdırmırsa, əksinə boğursa — orada sevgi deyil, emosional asılılıq var.”
Mektebdeki dostlarimla belə hisslərim olub, amma boyudukce, anladim ki, eslinde insan sevgiyle o adami deyil, o adamin seni hiss etdirdiyi rahatligiı axtarir. Yəni o boslugu ona gore doldururuq ki, ozumuzu tam hiss edirik. Bunu basa dusmek cox maraqlidir.
Oxuyarkən düşündüm ki, doğru deyir. Əgər bir insan özünü tapa bilməyib başqasında tapmaq istəyirsə, o zaman sadəcə içindəki boşluğu doldurur. Amma özünü sevən adam qarşı tərəfə daha sağlam yanaşır, çünki onun həyatı başqasına bağlı olmur
Cox genis yayilan bir problem haqda yazmisiniz ve şerh eden psixoloq da yaxsi fikirler bildirib. Tesekkur edirem
cox sevdim bu cumleni: “sevgi ehtiyac deyil, paylasmaqdir” — bu menim ucun yeni bir baxis acdi. cox vaxt sevgide boğulmaq hissi olurdu. indi anlayiram niye.
mene elə gəlir ki, indi cox adam ozunu yox, qarsidakini yasayir. sonra deyir ki, niye men yox oldum? cox dogru toxunmusuz mevzuya.
men bunu oxuyanda oz kecmisime qayitdim. cox dogru yazilib. insan bazi vaxtlar sevgi yox, sadece boslugunu doldurmaq isteyir. amma bunun adi sevgi deyil.
cox insanlar bunu anlamir. men de vaxtinda bele bir asiliqliq icinde idim. cixmaq cox cetin idi. indi baxiram, ne qeder ozumu itirmisem. bu yazini hamı oxumali!