“Gencaile.az” Aile.lent.az-a istinadən hazırlaya biləcəyiniz dadlı makaron yeməyi reseptlərini təqdim edir.
Tərəvəzli, kəpəkli makaron (4 nəfərlik)
Ərzaqlar:
1 paket kəpəkli buruq makaron
Sousu üçün:
2 yemək qaşığı zeytun yağı
1 diş sarımsaq
1 ədəd balqabaq
1 kök
1 dolmalıq qırmızı bibər
1 dolmalıq sarı bibər
1 dolmalıq yaşıl bibər
2 yemək qaşığı lobya suyu
1 çay qaşığı qırmızı istiot
1 çay qaşığı quru nanə
Duz
Üzəri üçün:
Yarım stəkan rəndələnmiş ağ pendir
4-5 ədəd kəklikotu
Hazırlanması:
Kəpəkli buruq makaronu qaynadıb suyunu süzün. Sousu üçün zeytun yağını bir qazanda isidin. Əzdiyiniz sarımsaq, kvadrat şəkildə doğradığınız tərəvəzlər və lobya suyunu əlavə edib qarışdırın. Qazanın qapağını bağlayıb tərəvəzlər suyunu çəkənə qədər bişirin. Süzdüyünüz makaronu tərəvəzlərin üzərinə əlavə edib duz və ədviyyatları qatın. Hazır olmuş makaronu rəndələnmiş ağ pendir və təzə kəklikotu ilə bəzəyib süfrəyə verin.
Qiyməli makaron
Ərzaqlar:
1 paket spagetti
Sousu üçün:
Yarım çay stəkanı zeytun yağı
1 ədəd soğan
2 diş sarımsaq
250 qr qiymə
1 yemək qaşığı pomidor tomatı
1 çay qaşığı bibər tomatı
1 ədəd kərəvəz sapı
1 kiçik kök
Duz
İstiot
Hazırlanması:
Spaqettini qaynadıb suyunu süzün. Sousu üçün zeytun yağını bir qazanda isidin. Yeməklik doğradığınız soğan və əzdiyiniz sarımsağı qızarana qədər qovurun. Qiymə və tomatları əlavə edib qiymənin rəngi dönənə qədər qovurun. İncə doğradığınız kərəvəz sapını və rəndələdiyiniz kökü əlavə edib duz və istiotla dadlandırın. Spagettini qaynatdığınız sudan bir az əlavə edib sous suyunu çəkənə qədər qaynadın. Suyunu süzdüyünüz makaronu qiyməli sousa əlavə edib yaxşıca qarışdırın.
Kremli və toyuq ətli makaron
Ərzaqlar:
1 ədəd qələm makaron
Sousu üçün:
2 yemək qaşığı zeytun yağı
200 qr toyuq əti
Duz
İstiot
200 ml krem
Üzəri üçün:
Təzə soğan
Hazırlanması:
Makaronu qaynadıb suyunu süzün. Sous üçün zeytun yağını isidin. Balaca doğradığınız toyuq ətlərini əlavə edin. Makaronu qaynatdığınız sudan çıxarıb duzlayıb istiotlayın. Toyuqlar yumşalıb suyunu çəkənə qədər bişirin. Qazanda kremi isidin.
Bişən toyuq ətinə əlavə edib qarışdırın. Suyunu süzdüyünüz makaronu sous qazanına əlavə edib qarışdırın. İncə doğranmış soğanla bəzəyib isti yeyin.
Kremli və ricotta pendirli makaron
Ərzaqlar:
1 paket kəpənək makaron
Sousu üçün:
400 ml krem
1 stəkan yarım ağ pendir
4-5 sap ispanaq
1 çay qaşığı sarıkök
1 çay qaşığı şəkərçuğunduru rəndəsi
Üzəri üçün:
İncə doğranmış soğan
Hazırlanması:
Makaronu qaynadıb suyunu süzün. Sous üçün kremi qazanda isidin. Ağ pendiri və iri doğradığınız ispanaqları əlavə edin.
Pendir əriyənə qədər qarışdırıb bişirin, ocaqdan götürün. Sousu qüsursuz bir hala gələnəcən blendrdən keçirin. Sarıkök və şəkər çuğunduru rəndəsini əlavə edib yenidən ocağa qoyun. Bir dəfə də qaynatdıqdan sonra suyunu süzdüyünüz makaronu əlavə edin. İncə doğranmış soğanla bəzəyib süfrəyə verin.