26

Şahdağda misli görülməmiş ekstremal layihə – FOTO

Baxış sayı: 1. 636

Kreativ kostyum seçən iştirakçılar iştirak etmək hüququ qazanıblar.

Yanvarın 10-da Şahdağ Turizm Kompleksində çox enerjili və maraqlı yarış keçirilib.

Gencaile.az xəbər verir ki, “Bizon Katapulta” adlanan layihədə tamaşaçılar hər bir iştirakçının maraqlı geyimlərdə elastik ip vasitəsilə 15 metr yüksəkliyə qaldırılaraq “snowmobile” ilə dartılıb 20 metr uzaqlıqdan havaya atılmasının şahidi olublar.

İştirakçılar yüksək sürətlə önə və arxaya uçublar.

Yarışda iştirak etmək üçün hər hansı bir maraqlı performans göstərmək istəyən müxtəlif kostyumlu iştirakçılar üçün 1 ay əvvəldən qeydiyyat aparılıb. 30 ən maraqlı konsepsiyası olan və kreativ kostyum seçən iştirakçılar seçilərək iştirak etmək hüququ qazanıblar. Qaliblər layihənin partnyorları tərəfindən müxtəlif qiymətli hədiyyələrlə təltif olunublar.

Münsiflər heyətinin tərkibində məşhur DJ Çingiz Mustafayev (DJ China), “Miss Azərbaycan” Cavidan Qurbanova və Şahdağ Turizm Mərkəzinin nümayəndəsi Man Fert olub. Onlar qalibləri aşağıdakı kriteriyalara görə qiymətləndirərək 2 nominasiya üzrə qalibi müəyyən ediblər.

Ən kreativ konsept nominasiyasında “Ceyms Bond” kostyumu və çıxışına görə qalib gələn Elşad Əsədov olub.

Tamaşaçıların simpatiyasını qazanmış iştirakçı isə “Jessika Rabbit” kostyumu və çıxışı ilə qalib gələn Fidan İsmixanova olub.

Təşkilatçı olaraq Xtreme Pro və Bizon Energy Drink, partnyorlar Şahdağ Qış-Yay Turizm Mərkəzi və EF Education First olub.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir