CUGUNDUR

Nə üçün hər gün çuğundur yemək lazımdır?

Baxış sayı: 314

Hər gün istər çiy, istər suda bişmiş, istərsə də salatlarda bir ədəd çuğundur yeməyin orqanizm üçün saysız faydaları var.

Beləliklə, hər gün çuğundur yeməyin faydalarını təqdim edirik.

– Ürək-damar xəstəliklərinin yaranmasının qarşısını alır – çuğundurda B9 vitamini var

– Bağırsaqları təbii təmizləyir, qəbizliyə qarşıdır – çuğundurda çox miqdar lif var, bağırsaq divarlarını yumşaq, təbii təmizləyir, şlak və toksinləri atır

– Bədəndə daxili iltihabi prosesləri söndürür

– Yüksək təzyiqi salır – damarları tonusda saxlayır, qan dövranını tənzimləyir, tromb əmələ gəlməsinə qarşıdır

– Kişilərdə potensiyanı bərpa edir – çünki çanaq orqanlarına qan dövranını yaxşılaşdırır

– Antioksidant təsir edir, xərçəngə qarşıdır

– Sərbəst radikalları zərərsizləşdirir

– Dəmir və yodla zəngindir – qanazlığında yeyilir, hemoqlobini artırır

– Bədəndə artıq piy, yağ toplanmasının qarşısını alır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir