Bakıya gəlin aparmağa gələnlərə XƏBƏRDARLIQ

Baxış sayı: 1. 594

Rayon qeydiyyatlı avtomobillərin Bakıya girişinə qoyulan qadağanın tətbiqi zamanı gəlin maşınlarına güzəştə gedilir. Rayonlardan gələn gəlin maşınlarının Bakıya girişinə məhdudiyyət qoyulmur. Ancaq toy karvanındakı digər avtomobillər paytaxta buraxılmır. Həmin maşınlar xüsusi duracaqlarda saxlanmalı, içindəkilər də gəlinin evinə avtobus ya da taksi ilə getməlidir.

Rayon maşınlarına paytaxta giriş məhdudiyyəti ailə quranların sevincinə mane olmayacaq. Gəlin maşınlarına məhdudiyyət tətbiq edilmir.

Ancaq toy karvanındakı digər avtomobillər şəhərə buraxılmayacaq.

DYP rəsmisi Kamran Əliyevin sözlərinə görə həmin avtomobillər xüsusi duracaqda saxlanılmalı, içindəkilər isə gəlinin götürüləcəyi yerə marşrut avtobusu ya da taksilərlə gedə bilər.

Rayon qeydiyyatında olan avtomobillərin səhər saat 7:00-dan gecə saat 21:00-dək Bakıya buraxılmaması ilə bağlı qərar sentyabrın 15-dən qüvvədədir. Bu avtomobillərin saxlanması üçün paytaxtın cənub və şimal girişində duracaqlar tikilib




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir