Nermine Abbasova

Nərminə Abbasova: “Həyat boyu qolda hərəkət məhdudiyyəti və güçsüzlük, ağrı müşahidə oluna bilər”

Baxış sayı: 355

Donmuş çiyin-risk faktorlarına 40 yaşdan yuxarı rast gəlmə ehtimalı daha çoxdur. Qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Felç, sınıq, çiyində manjet əzələlərinin yaralanması və ya əməliyyat sonrası sağalma dövrü kimi səbəblərdən çiyinin uzun müddət hərəkətsiz qalması, həmçinin Parkinson xəstəliyi, vərəm, ürək-damar xəstəlikləri, diabet və triodit ilə əlaqəli problemlər də səbəb olmaqdadır”.

Bu sözləri oxucularımızı donmuş çiyin sindromu ilə bağlı məlumatlandırarkən  MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova deyib.

Ailə həkimi bildirib ki, çiyin reabilitasiyası – çiyin oynağı, körpücük sümüyü və kürək sümüyündə olan travmatoloji, nevroloji xəstəliklərdə, əməliyyatlardan sonra periodda və ağrı sindromunda aparılır:

 

“Çiyin reabilitasiyasında kompleks şəkildə müalicəvi idman terapiyası, manual terapiya, mexanoterapiya, maqnit terapiyası aparılır. Termoterapiya kimi metodlardan və çiyin çarxı, çiyin üçün passiv hərəkət cihazları və yuxarı ətrafların aktiv hərəkət cihazlarından istifadə olunur.

Gündəlik həyatda qolumuzu oynatmaq və işlətməyimizi təmin edən çiyin oynağı, 6 istiqamətdə hərəkətə imkan verən ən qarışıq oynaqdır. Lif, sümük, sinir, damarlar çox sayda bağ və digər dəstəkləyici toxumalardan ibarət çiyin oynağında bu strukturlara təsir edən fərqli səbəblərdən ağrılar baş verə bilər. Narahatlıq vaxtında aradan qaldırılmazsa, həyat boyu qolda hərəkət məhdudiyyəti və güçsüzlük, ağrı müşahidə olunacaq”.

Nərminə xanım bildirdi ki, çiyin xəstəlikləri çiyin bölgəsindən qaynaqlana biləcəyi kimi, ürək, ağciyər, qaraciyər, boyun yırtığı qaynaqlı da ola bilər. Çiyin ağrılarında hansı vəziyyətlərdə həkimə müraciət edilməsinə gəlincə, ailə həkimi bildirdi ki, çiyin ağrısı, çiyin oynağı travmalarından sonra başladıqda, çiyində şəkil dəyişikliyi, çiyində gedərək artan ağrı, istirahət zamanı da davam edən və ya gecə yuxudan oyandıran çiyin ağrısı, çiyində ağrı yüngül olsa da 3 gün istirahət və ağrı kəsici istifadəsinə baxmayaraq davam edirsə, qolu qaldırmaqda çətinlik yaranırsa, qolda ağrı olmasa belə hər hansı bir əşyanı qaldırmaqda çətinlik yaranırsa, çiyin əzlələrində qızartı və hərarət artırsa mütləq həkimə müraciət edilməlidir:

““Qolumu qaldırmaqda çətinlik çəkirəm, saçımı daraya bilmirəm, gecə qolumun üstündə yata bilmirəm” deyirsinizsə, donuq çiyin xəstəliyinə yaxın ola biləcəyinizi söyləyə bilərik. Donuq çiyin – çiyin oynağınızın müxtəlif səbəblərdən kifayət qədər hərəkət etdirə biməmək və nəticə olaraq sonrasında, çiyində görülən ağrı və hərəkət məhdudluğu ilə xarakterizə olunan bir vəziyyətdir. Adamın qolunu yana açması, kürəyinə aparması, saçını daraması, yüksəkdən bir şey alması çətinləşir. Yalnız uyğun müalicə edildiyi təqdirdə tədricən problem aradan qalxmağa başlayır. İdman edərkən baş verən əzələ zədələnməsi, cırıqları, qırıq, çıxıq kimi vəziyyətlər çiyin hərəkətlərində bir müddət məhdudiyyət yarada bilər, hərəkətsizlikdən sonrakı dövrdə donuq çiyin problemi ortaya çıxar. Qoldakı bir neçə həftəlik hərəkət məhdudluğu donuq çiyin probleminə yol aça bilər. Ürək damar, xroniki ağciyər, şəkər, vərəm xəstəlikləri ağciyər şişləri, xolesterol yüksəkliyi, zob şişləri olan insanlarda donuq çiyin daha sıx görülər. Başlanğıcda ağrı səbəbiylə adam qolunu hərəkət etdirməkdən kaçınır. Sonrasında əzələ və bağlarda əmələgələn yığılmalar səbəbiylə oynaq hərəkətləri getdikcə məhdudlaşacaq. Təəssüf ki, xəstələr çiyin ağrıları şiddətli deyilsə və gündəlik həyatda çiyinlərini çox aktiv hərəkət etdirmirlərsə, ilk başlarda ağrılara düqqət etməzlər. Bu da müalicəyə gec başlamağa gətirib çıxarır. Düzgün müalicə edilməyən xəstələr həyatı boyu çiyin hərəkətlərində məhdudiyyətlərlə yaşamaq məcburiyyətində qalarlar”.

Həkim terapevt qeyd etdi ki, donuq çiyin xəstəliyinin ən çox görüldüyü vəziyyətlər qolun hərəkət etdirilməsiylə artan çiyin ağrısı, üzərinə yatmaqla artan çiyin ağrısı, qolu müəyyən bir nöqtədən çox qaldıra bilməmək və ya döndərə bilməmək kimi vəziyyətlər:

“Çiyin Oynağı müxtəlif parçalardan ibarət olan bir oynaqdır. Bu parçalar sayəsində qolunuzu qaldıra, döndərə və yellədə bilirsiniz. Ancaq donuq çiyin vəziyyəti yaranıbsa, oynağın müəyyən qisimlərində şəkil dəyişikliyi baş verir və qolunuzu hərəkət etdirmək istədiyiniz zaman ağrı və məhdudiyyətlər hiss edərsiniz. Donuq çiyin diaqnozu qoyulurkən müayinə və ağrı testi aparılır. Bundan sonra çiyininizin rentgeni və ya MR, ya da tomoqrafiyası lazım olur. Əgər başqa xəstəlik müəyəyn edilərsə, o istiqamətdə müayinə aparılır. Çiyin oynağını hərəket etdirmək ən əhəmiyyətli qoruyucu tədbirdir. Donuq çiyinin müalicəsində müalicə bərpa və reabilitasiya üsulları müvəffəqiyyətlə tətbiq edilərsə, xəstəlikdən qurtulmaq mümkündür. Hil müalicə və ultrasəs kimi elektroterapi cihazları, donuq çiyin xəstəliklərində vacib olan məşqlər, manuplatif üsullar müalicənin əsasını təşkil etməkdədir. Məşqlərin düzgün təşkil edilməsi, sağalmanın ana pilləsidir”.

Nərminə xanım bildirdi ki, xəstəliyə səbəb olan faktorlar da mütləq nəzərə alınmalıdır. Onun sözlərinə görə, çiyinə vurulan oynaq içi kortizon iynələri vəziyyəti yüngülləşdirmək üçün deyil, sadəcə ağrını azaltmaq məqsədi güdərsə, toxumaların müalicəsini ləngidə bilər:

“Çiyin oynağı qığırdaqlarında yüksək dərəcədə daralma və qısalma olan xəstələrdə cərrahi üsullara müraciət edilə bilər. Donuq çiyin müalicəsində ancaq xəstəliyin dərəcəsinin müəyyən edilməsi və onu yaradan səbəblərin aradan qaldırılması istiqamətində aparılan müalicə nəticəsində ömür boyu davam edən çiyin ağrısı və qolun hərəkət məhdudiyətindən xilas olmaq mümkündür”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir