Nermine  Abbasova

Nərminə Abbasova: “Kəskin xolesistitin ağırlaşmaları infeksiyaların inkişafı nəticəsində baş verir”

Baxış sayı: 543

Bu gün həkimimizlə kəskin xolesistitdən, onun yaranma səbəblərindən, simptomlarından, öd xəstəliyindən danışacağıq.

Beləliklə, Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova xəstəliklə bağlı bunları danışdı.

Nərminə Abbasova bildirdi ki, kəskin xolesistit öd kisəsinin iltihabıdır. Onun sözlərinə görə, bu zaman öd axınının qəfil pozulması nəticəsində öd axarlarının blokadası baş verir:

“Xolesistit zamanı həmçinin, öd kisəsi divarının patoloji destruksiyası da inkişaf edə bilər. Əksər hallarda kəskin xolesistitin yaranması konkrementlərlə (daşların) əlaqədardır. Yarıdan çox hallarda isə patologiyanın ortaya çıxmasına səbəb ödün bacterial – bağırsaq çöpləri, kokklar, salmonella – yoluxmasıdır. Kəskin xolesistitin simptomatikası bir dəfə yaranır, inkişaf edir və adekvat müalicə zamanı aradan qalxır”.

 

“Kəskin xolesistitin əsas əlaməti öd sancılarıdır

Həkim-terapevt qeyd etdi ki, kəskin xolesistitin yaranma səbəbləri kimi öd kisəsi divarlarının daşlarla zədələnməsini, öd yollarının daşlarla tıxanmasını, ödün bakterial floraya yoluxmasını, infeksiyanın inkişaf etməsini, mədəaltı fermentlərin öd kisəsinə düşməsini göstərmək olar:

“Kəskin xolesistitin əsas əlaməti öd sancılarıdır. Bu, sağ qabırğa altında, qarının yuxarı hissəsində baş verən ağrılardır. Ağrı kürəyin sağ tərəfinə irradiasiya edə bilər. Nadir hallarda irradiasiya bədinin sol tərəfinə verir”.

Spirtli içkilərin qəbulunun, acı, yağlı qidaların, güclü stessin kəskin xolesistitin əmələ gəlməsinə təkan verdiyini deyən Nərminə xanımın sözlərinə görə, ağrı sindromundan başqa, kəskin xolesistit öyümə, hətta ödlü qusma, subfebril temperaturla müşayiət oluna bilər:

 

“Əksər hallarda kəskin xolesistitin ağırlaşmaları infeksiyaların inkişafı nəticəsində baş verir. Bura öd kisəsinin empiemasını – irinli iltihab – və emfizemanı – köp, sepsisi – infeksiyanın generalizə olunması -, qarın boşluğunun iltihabını – peritonit – və sair aid etmək olar”.

Həkim deyir ki, kəskin xolesistitin ilkin diaqnostikası zamanı daşlar üzə çıxmazsa, gedişat ağır olmazsa, irinli ağırlaşmalar qeydə alınmazsa, müalicə qastroenteroloqun nəzarəti altında konservativ yolla həyata keçirilir:

“Bakterial floranın dəf edilməsi və ödün infeksiyalaşmasının profilaktikası məqsədilə antibiotiklər tətbiq olunur, ağrı sindromu və öd yollarının genişləndirilməsi üçün spazmalitiklərdən, orqanizmin ifadə olunmuş intoksikasiyası zamanı isə dezintoksikasiya terapiyasından istifadə edilir”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir