oruc

Oruc tutmayan şəxslərin iftar süfrəsində iştirakı günahdırmı? – ILAHIYYATÇILAR DANIŞIRLAR

Baxış sayı: 513

Ramazan ayının ənənələrindən biri də oruc tutan müsəlmanların bir-birini iftar süfrəsinə dəvət etmələridir. Oruc tutan şəxslər bəzən evində süfrə açır, bəzən isə hansısa bir restoranda iftar qonaqlığı verir. İftar süfrəsinin yalnız oruc tutanlar üçün olmasına baxmayaraq oruc tutmayan şəxslər də qonaqlıqda iştirak edir.

Oruc tutmayan şəxslərin iftar süfrəsində iştirak etməsi insanlarda fikir ayrılığı yaradır.

Bir qism buna etiraz edir ki, düzgün deyil. Bəzi insanlar isə düşünürlər ki, maddi durumu aşağı olan və qidalanmağa ehtiyacı olan adamları bu cür tədbirlərə dəvət etmək savab sayılır.

Bəs dini baxımdan iftar süfrəsində yalnız oruc tutanlar iştirak edə bilər? Oruc tutmayan şəxslərin iftara çağırılması, qonaqlıqda iştirak etməsi günahdırmı?

Məsələ ilə bağlı bir neçə ilahiyyatçının fikrini öyrəndik.

Yaşar Qurbanov

İlahiyyatçı Yaşar Qurbanov bildirir ki, burada hər hansısa bir problem və ya qadağa yoxdur:

“Ümumi olaraq oruc tutanlar iftar açırlar, amma bəzən də oruc tutmayan insanlar da iftar süfrəsində iştirak edirlər. Nəyə görə sadəcə oruc tutanları çağırırlar iftar süfrəsinə? Çünki kim oruc tutanlara iftar süfrəsi təşkil edərsə, elə onun qədər də əlavə savab qazanar. Ona görə də oruc tutanlara iftar süfrəsi verilir ki, savab qazansınlar”.

Oxu.az - Elşad Miri: O aparıcı Allaha cavab verəcək – FOTO + MÜSAHİBƏ

İlahiyyatçı Elşad Miri isə deyir ki, oruc tutmayanlar iftar süfrəsində oturacaq, söhbət edəcək və nəticə çıxaracaq: “”Burada heç bir problem yoxdur. Hətta onu da qeyd edim ki, peyğəmbərimiz ilk dəfə İslam dinini insanlara çatdıranda süfrələr açırdı və Allaha şərik qoşan, bütpərəst insanları oraya dəvət edirdi.  Ona görə də iftar süfrəsinə həm oruc tutanların, həm oruc tutmayanların, həm də kasıbların çağırılması daha məqsədəuyğundur. O vaxt insanlar arasında ünsiyyət və sosiallaşma yaranır. Bu isə çox gözəl yanaşma hesab edilir”.

 

Ləman RÜFƏTQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir