sican

Niyə siçanlar kişilərdən qorxur, qadınlardan yox? – ELMİ CAVAB

Baxış sayı: 2. 134

Siçan və siçovullar kişilərin əhatəsində çox böyük stress keçirirlər. Qadınların yanında isə əksinə, rahat olurlar, deyə The New York Times yazır. 

Bu gəmiriciləri kişilərlə bir otağa salanda və ya onlara hansısa kişinin hətta bir dəfə geyindiyi köynəyi göstərəndə, orqanizmlərində kortikosteron hormonu sıçrayışı baş verir. Orqanizmdə stressin səviyyəsinə cavabdeh olan məhz bu hormondur.

Kortikosteron həm də analgetik təsirə malikdir, ona görə də təcrübə zamanı ağrı tətbiq olunan siçanlar və siçovullar dözüm nümayiş etdiriblər.

Analoji təcrübə qadınların iştirakı ilə də aparılıb. Lakin zərif cinsin nümayəndələrinin əhatəsində gəmiricilər özlərini tam rahat hiss ediblər.

Qeyd edək ki, araşdırmaların müəllifi Makqil Universitetinin psixoloqu Cefri Mocildir. Hazırda araşdırmalarını davam etdirən Mocil, ilkin versiya kimi siçanların qadın və kişilərə fərqli reaksiyasını insanların bədənlərinin xüsusi qoxusu ilə əlaqələndirir. /azvision.az/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir