Vaxtımızın çoxunu ofisdəki iş masamızda, kompüter arxasında keçirdirik. Bu zaman da bel, boyun ağrılarımız yaranır, iş görəndə bu ağrılar səbəbilə səhvlərə yol veririk. Belə ki, ofisdəki masanızdan mouse-nuzun istifadəsinə qədər hər bir şey sağlamlığınıza ziyanlıdır. Araşdırmalara görə, masa arxasında çox vaxt keçirənlər qısa müddət ərzində fasilələr verərək az da olsa hərəkət etməlidirlər. Bu, onlara ürək sağlamlıqları, ateroskleroz və diabet kimi xəsətliklərdən qorunmaları üçün kömək edir. Bütün bu problemlərlə qarşılaşmamağınız üçün ofisdə sağlamlığınızın qeydinə qalmaq üçün bəzi araşdırmalar etdik. Nəticələri sizinlə də paylaşırıq.
Gözlərinizə xeyirli olsa da…
Göz sağlamlığınız üçün tövsiyə olunan ekran qoruyucular gözlərinizi qoruyarkən digər problemlərə səbəb ola bilir. Əgər allergiyanız varsa bu qoruyuculardan istifadə etməməyiniz məsləhətlidir. Çünki onun ekranındakı statik elektrik toz kimi allergiya yaradan vasitələrin uçmasına səbəb olur.
İş zamanı heç nə atışdırmayın
İşin qızğın vaxtında acdığınız zaman bir ovuc çərəz ən yaxşı çıxış yolu ola bilər. Amma diqqət etmək lazımdır ki, qırıntılar masanızın üstünə tökülməsin. Çünki onlar bakteriyaların yaranmasına səbəb olur. Eyni zamanda da masa arxasında, iş prosesində qidalanmaq kökəlməyə də gətirib çıxarır.
Ofis əşyalarınızı səliqəyə salın
Ofisdə masanızın üzərindəki əşyaları mütəmadi olaraq təmizləməsəniz toz yığılacaq. Bu da, bakteriyalarla yanaşı, səliqəsiz görüntü yaradacaq.
Mouse istifadə edərkən diqqətli olun
Əl və bilək ağrılarının çoxu mouse və klaviaturanı səhv istifadə etməklə yaranır. Buna görə də bu vasitələri maksimum dərəcədə düzgün istifadə etməyə çalışın. Nəticədə tendon adlanan iltihab kimi ağrıya səbəb olan narahatlıqdan da yaxa qurtarmış olarsınız. 90 dərəcə bucaq altında oturmağa diqqət edinBel, kürək, boyun və hətta onurğa ağrılarının da başında səhv oturmaq dayanır. Oturarkən ayaqlarınız yerə tam dəyməli, dizləriniz 90 dərəcəli bucaq yaratmalı və masanızın hündürlüyü dirsək hündürlüyündə olmalıdır. Oturduğunuz stulda da qollarınızı qoymaq üçün yer olmalıdır. Eyni zamanda da stulda belinizi söykəmək üçün şərait olmalıdır. Bu yoxdursa, yastıqdan istifadə edin.
Foxy.az