c0dc8f606a649a855b8ff33042f5b916139

Aprel döyüşləri təbliğ olunur

Baxış sayı: 1. 487

İmişli şəhər  N.Şirinov adına şəhər 5 saylı texniki təmayüllü məktəb-liseydə  Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət təşkilatlarına dəstəy şurasının maliyyə dəstəyi, Çıraq Humanitar və İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə “Aprel döyüşləri timsalında Azərbaycan ordusunun qüdrətinin təbliği” mövzusunda görüş keçirilib. Görüşdə Çıraq HİİB-nin rəhbərliyi və əməkdaşları, Rayon İcra Hakimiyyəti nümayəndəsi, məktəb-liseyin rəhbərliyi, müəllim və şagirdləri, rayon Metodik kabinetin əməkdaşları, Qarabağ müharibəsi veteranları iştirak edib.

Görüş Dövlət himninin səsləndirilməsi ilə başlanıb, himndən sonra “Aprel döyüşləri” şəhidləri bir dəqiqəlik sükutla yad edilib.

Çıraq HİİB-nin təsisçi direktoru Nadir Cəfərov məruzəsində qeyd etdi ki, Aprel döyüşləri igidlərimizin tarix yazdığı bir döyüşdür. Bu qələbə bir daha göstərdi ki, Azərbaycan dövləti və xalqı öz ərazilərinin işğal altında olması ilə barışamyacaq, nəyin bahasına olursa-olsun torpaqlarımızı düşmən tapdağından azad edəcək. O, bildirildi ki, Aprel döyüşləri haqqında hər kəsi məlumatlandırmaq biz vətəndaşların borcudur. Biz istəyirik ki, ölkəmizin hər bir vətəndaşı, xüsüsən gənclərimiz bu döyüşlərdə igidlərimizin göstərdiyi qəhrəmanlıqlar haqqında məlumata sahib olsunlar.

Məktəb-liseyin direktoru Validə Zülfüqarova Aprel döyüşləri haqqında danışaraq bildirdi ki, ordumuzun aprel qələbəsi Azərbaycanda hakimiyyət və xalq arasında sıx birliyi göstərdi, eləcə də bu birlik sayəsində işğal altındakı torpaqlarımızın azad olunacağı inamını yaratdı.

Metodik kabinetin direktoru Sevdimalı Hüseynov və məktəb-liseyin GÇH-nın rəhbəri Şahin Musayev Aprel döyüşləri haqqında geniş məlumat verməklə yanaşı Cocuq Mərcanlıya qayıdışın yaxın gələcəkdə azad olunacaq bütün işğal altında olan torpaqlarımıza qayıdışın başlanğıcı olduğunu vurğuladılar.

Sonda görüş iştirakçılarına “Aprel Döyüşləri” haqqında hazırlanmış təqdimat və videoçarx təqdim edilmişidir. Həmçinin tədbir iştirakçılarına məlumat xarakterli buklet və disklər paylanılmışdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir