Bir şəxs maskasız yoluxmuş şəxslə ünsiyyət qurarsa, “Omicron” daşıyıcısından koronavirusa yoluxma riski demək olar ki, 100 faizə yüksəlir.
Bu barədə Yaponiyanın RIKEN Fiziki və Kimyəvi Tədqiqatlar İnstitutunun alimləri xəbərdarlıq edirlər.
“Fuqaku” superkompüterində ekspertlər ehtimalları modelləşdirərək belə qənaətə gəliblər ki, insan 15 dəqiqə maska taxmayan xəstə ilə ünsiyyət qurarsa, infeksiya demək olar ki, qaçılmazdır.
Eyni zamanda, əgər “Omicron”a yoluxmuş şəxs maska taxırsa və onun həmsöhbəti bir metrdən çox məsafədədirsə, sonuncunun yoluxma ehtimalı sıfıra yaxın olacaq.