İngilis dilini evdə öyrənmək üçün ən yaxşı veb resurslardan biri Britaniya Şurası tərəfindən hazırlanmışdır. Dil öyrətməyə gəldikdə tələsməyin, səbirli olun. Uşağın birdən-birə ingilis dilində sərbəst danışacağını gözləməyin, unutmayın ki, siz bunu övladınızda uzun müddətdə öyrənmə vərdişləri formalaşdırmaq üçün edirsiniz.
İngilis dilini aşağıdakı üsullarla övladınıza öyrədə bilərsiniz:
- Müxtəlif oyunlar oynamaqla – Yaddaş kartlarından istifadə etməklə
- İngilis dilində hekayələr oxumaqla –
- Mahnılara qulaq asmaq, onları birlikdə ifa etməklə yeni sözləri övladınıza öyrədə bilərsiniz.
- Sadə qrammatik qaydaları da övladınıza öyrədə bilərsiniz.
İlk olaraq birlikdə aşağıdakıları öyrənməklə başlaya bilərsiniz:
- ədədlər (1-10, 10-20, 20-100)
- rənglər
- sifət sözlər (böyük, balaca, uzun və s.)
- bədən üzvləri
- oyuncaq adları
- geyim
- heyvan adları
- qida-ərzaq adları
Unutmayın, bu işdə əsas uğurunuz ingilis dilini öyrənmək və ya öyrətmək deyil, övladınızda öyrənməyə həvəs yaratmaq, ona öyrənməyi öyrətmək və sevdirməkdir.