555

Övladlarını mağarada saxlayan ana həbs olundu

Baxış sayı: 1. 452
ABŞ-da öz uşaqlarını mağarada saxlayan ana həbs olunub. Bəlli olub ki, uşaqlar bir neçə gün antisanitar vəziyyətdə yük daşınan yeşiklərin içərisində qalıblar. Hadisəni törədən isə 24 yaşlı ana olub. Xarici KİV-lərin xəbərinə əsasən, qadın bir neçə gün iki oğlunu Kanzas şəhərinin şərqində yerləşən mağarada saxlayıb. Uşaqların birinin dörd, digərinin isə altı yaşı olduğu deyilir. Mağarada qalan oğlanlar tam təsadüfən polislər tərəfindən aşkar olunublar. Belə ki, polislər oğurlanmış maşın üçün həmin əraziləri axtarıblar. Bu zaman onlar mağaradan birinə daxil olanda iki ayaqyalın və geyimləri cırıq oğlan uşaqları görüblər. Agentliyin məlumatına görə, antisanitariya şəraitində yaşayan uşaqların yalnız az miqdarda qidaları və iki balaca yorğanları olub. Böyük oğlan polislərlə söhbəti zamanı onlara deyib ki, bu il o, məktəbə getməli idi, amma gedə bilməyib. Polislər dərhal uşaqları xəstəxanaya çatdırıblar. Həkimlərin tam müayinəsindən sonra onlara yeni geyim və qida verilib. Uşaqları bu vəziyyətdə saxlayan Brittani Muqro etdiyi hərəkətə görə dərhal həbs edilib.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir