13014823_1145237468860382_216060411_n

ÖZBƏK AŞI – VideoResept

Baxış sayı: 2. 300

Yaqutla “Dadlı-dadlı” rubrikamızın növbəti süfrə şedevri – məhz Özbək aşıdır, siz də sınaqdan çıxara, Orta Asiyaya getmədən öz evinizdə bəh-bəhlə dada bilərsiniz:

Toyuğu doğrayırıq, yarıqızardırıq.

Soğanı uzunsov doğrayıb, üzərinə sarıkök vurub pötrdədirik.

Sarmısaqların yalnız üst qatını soyub hazır qoyuruq. Soğana uzunsov doğranmış kökü əlavə edib – bağlı qapaq altında bişiririk.

Kök yarıhazır vəziyyətdə olanda üzərinə toyuqları düzürük. Doş ətini əlavə etsəniz digər tikələr kimi qızartmayıb birbaşa qazana qoyun. Aralara sarmısaqları yerləşdiririk. Üzərinə yuyulmuş düyünü töküb yayırıq. Ardınca duz və su əlavə edirik. Su düyüdən iki barmaq yuxarı olmalıdır.

Təxminən 40 dəq keçdikdən sonra, qazanın qapağını parça ilə bağlayıb, 30-40 dəqiqəlik dəmə qoyuruq.

Özbək aşımız hazırdır. Nuş olsun.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir