OZBEK PLOVU

Özbəklər plovu necə hazırlayır? – “YABANCI DAD”

Baxış sayı: 826

“Gencaile.az” saytının “Yabancı dad” rubrikasında bu dəfə oxucularımıza özbək aşının hazırlanma qaydasını təqdim edəcəyik.

 

İnqrediyentlər

½ qaşıq bitki yağı

2 x.q. adi yağ

2 ədəd soğan

5 ədəd kök

400 qram quşbaşı quzu əti

3 stəkan düyü

2 baş sarımsaq

4.5 stəkan isti su

duz

 

Hazırlanma mərhələsi

Bitki yağı ilə adi yağ qazanda əridilir. Nazik yarımhalqa doğranmış soğanlar bura əlavə edilir və azca karamelizə oluncaya qədər qovrulur. Quşbaşı ətlər qazana tökülür, suyu çəkilənə qədər qovrulur. Ətlər suyunu çəkib qovrulduqdan sonra sürtgəcdən keçirilmiş köklər üzərinə tökülür, qarışdırılır. Köklər yumşalanda düyü tökülür və 3 dəqiqə qovrulur. Su, duz və istiot da tökülür, 2 baş sarımsaq pilovun ortasına qoyulur, astaca basılır aşağı və qazanın qapağı örtülür. 5 dəqiqə çox odda, 10 dəqiqə az odda bişdikdən sonra servis edilir. Nuş olsun!

 

Təqdim etdi: Aydan Kərimli

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir