yeniyetme

Yeniyetməlik dövründə psixoloji böhran

Baxış sayı: 735

Yeniyetməlik dövründə psixoloji böhranı anlamaq üçün yeniyetməlik dövrünü və bu zamana qədər olan dövürlərin normal inkişafını bilmək vacibdir. İnsan hələ ana bətnində ikən bir çox xarici mühit təsirlərinə reaksiya verməkdədir. Beləki, ananın yaşadığı kədər zamanı doğulmamış körpənin hərəkətlərinin azalmasına, ananın yaşadığı sevinc anlarında isə hərəkətliyində artmanın olması ən bariz misallardan biridir. Təsadüfi deyil ki, insanın inkişafını nəzərdən keçirərkən mərhələlərə bölürlər. Bu mərhələlər körpə (2 yaşa qədər), uşaqlıq dövrü -məktəbə qədər (2-6 yaş), məktəb dövrü (6-12 yaş), yeniyetməlik (12-18(22)yaş), yetkinlik (22 yaş sonrası). Bu dövürlər həm insanın fizilogiya baxımından inkişafına, həm də psixoloji inkişafı nəzərə alınaraq ayırd edilmişdir. Əgər hər bir dövürə ayrı ayrı nəzər salsaq, bir birindən ayırd edildiyinin şahidi olmaq o qədər də çətin olmayacaqdır. Bir az daha incələyəcək olarasaq, 2 yaşına qədər olan bir körpənin anasından tam olaraq asılı olduğunu, həmin yaşda bir insandan gözlədiyimiz yemə və tualet davranışlarının tamami ilə anaya bağlı olduğunu görərik. Bu dövürdə olan insan anadan ayrı özünü hiss etməz, anadan ayrı qaldığı vaxtlar həyacanı yüksək, çox vaxt ağlamaqla keçirər. Çünki, özünü ananın bir parçası olaraq görür və ana ayrıldığı vaxt parçalanmış kimi hiss etməkdədir.  İnsan 6 yaşına gəlincə artıq bir çox şeyi, rahatlıqla gəzməyi, oynamağı, yeməyi, tualetini eyni zamanda öz fikrini qismən ifadə etməyi artıq öyrənmişdir. Bu dövürdə bir insan ata anadan ayrı bir fərd olduğunu anlamaqda, eyni zamanda ailənin ayrılmaz bir parçası olduğunu zənn etməkdədir. Yaxşı və pis olan şeyləri təxmin edə bilir, ancaq bu sifətlər özünün deyil eyni zamanda ata ananın düşüncəsinə əsasən formalaşır. 12 yaşına gəlmiş bir insan ona verilən tapşırıqları yerinə yetirir, xarakterin əsası qoyulur, yaxşı və pisi bir birindən ayıra bilir. Tapşırıqları yerinə yetirməyəndə necə cəzalanacağını ön görür. Konkret təfəkkür formalaşır, məntiqə əsaslı düşüncə formalaşır. Yeniyetməlik dövrü isə insanın inkişaf mərhələləri arasında həm fiziki, həm hormonal, həm zehni cəhəti ilə ən çox dəyişikliyə məruz qalan və eyni zamanda çox sürətlə baş verən bir çox dəyikliyi əhatə edir. Bu və başqa yönləri ilə yeniyetməlik insan inkişafında ən kritik mərhələ sayılır. Yeniyetməlik mərhələsi öz daxilində 3 hissəyə ayrılır, erkən yeniyetməlik, orta yeniyetməlik, gec yeniyetməlik. Hər bir dövrün özünə məxsus xaraakterik cəhətləri vardır. Yeniyetməliyin başlanğıcında hormonal proseslərin dəyişməsi ilə insanın xarici görünüşü dəyişir, qızlarda qadın bədən quruluşu formalaşır, menstural siklus başlayır, oğlanlarda səs dəyişməsi, kişi bədən quruluşu formalaşmağa başlayır. Bu zaman ətrafların eyni zamanda bədənin simmetriyası pozulur, hərəkətlərdə kobudluq olaraq ortaya çıxır. Bu dəyişiklik eyni zamanda zehni dəyişikliklərlə birgə baş verir. Öz cinsinə aid davranışlar qabarmağa başlayır, əks cinsə qarşı maraq yaranır. Şəxsiyyət formalaşmağa başlayır. 16 yaşlarına çatan birisi artıq yetkin insanlar qədər, yaxşı pisi bir birindən ayırd edə bilir, kədərin sevincin nə olduğunu, nifrətin sevginin nə olduğunu anlayır. Yeniyetməliyin sonuna doğru isə artıq öz hisslərinə hakim olmağı, lazım gəldiyində onları cilovlamağı bacarır. Bu proseslər beyinin orqanik inkişafının təzahürü olaraq ortaya çıxır.

telebe sagird oyretme

Bütün burada sadaladığım proseslər və sadalamaqda kitabların belə yetərsiz qaldığı məqamlar nəticə etibari ilə bir insanın fərd olaraq formalaşmasına səbəb olur. Bu dövür və eyni zamanda bura qədər olan mərhələrdə genetik faktorların üzərinə formalaşan ailə daxili münasibətlər, baxça, məktəb, məhəllə, universitet mühiti kimi faktorlar bir şəxsiyyətin formalaşmağında mühim rola malikdirlər. Əgər təkrar mərhələlərə göz atacaq olarsaq, məktəbə qədər dövürdə uşaqların çox təriflənməsi, etdiyi- istənilən davranışların üzərində çox dayanılması, sevilməyən davranışlarının görməzdən gəlinməsi, eyni zamanda təqlid qabiliyyətləri inkişaf etdiyinə görə nümunə olunması bu mərhələni normal başa vurmağa kömək olacaqdır. Məktəb dövrü uşaqlıq zamanı isə bir öncəki sadalananlarla yanaşı cəza tətbiq edilməsi, ancaq bu cəzanın uşağın özünə qarşı olmadığını sadəcə etdiyi yanlış davranışa görə verildiyinin vurğulanması vacibdir. Təbii ki, cəza yaşa uyğun verilməlidir. Eyni zamanda musiqi, idman incəsənət kimi müxtəlif sahələrə təşviq edilməli, kurs və məktəblərə yönləndirilməlidir.

Yeniyətməlik dövrünün normal inkişafı olaraq ailədən uzaqlaşma, dost qruplarına yaxınlaşmanı nəzərə aldığımızda ailənin məsuliyyət verməsi, xüsusi ilə pul xərcləməsi, geyimi, otağı, dərsləri baxımından artıq yeniyətmənin ixtiyarına verilməli, müəyyən müddətlərlə hesabat alınmalıdır.

Yeniyetməlik dövrünün təlatümlü keçməsi eyni zamanda bir çox psixi xəstəliklər üçün də zəmin hazırlamaqdadır. Davranışların gözlənilməz istiqamətdə dəyişməsi, aqressivliyin həddən artıq artması, dərs müvəffəqiyyətinin çox düşməsi, zərərli vərdişlərə meyilliyin yaranması yeniyətmələrin ailələri, mühiti , məktəbi üçün sos siqnalı daşımaqdadır. Bu dəyişiklərin erkən vaxta hiss edilməsi, anlayışla öhtəsindən gəlinməsi üçün yeniyətmə ilə birgə çıxış yolunun tapılması bir çox halda geri dönüşlü bir proses olmaqdadır.

Psixi xəstəlikləri daha çox depressiv simptomlarla anlayırıq. Depressiv simptomlar dedikdə anhedoniya və avolusiyanın ən az 2 həfətdən uzun sürməsi nəzərdə tutulur. Depressiv simptomlar davranış pozuntularından şizofreniya xəstəliyinə qədər bir çox psixiatrik xəstəlikdə biruzə verdiyinə görə diqqət edilməlidir.

Depressiv simptomlar ağırlaşdıqda insanın düşüncələrindən biri də özünə zərər vermək, intihara meyilliyin yaranmasıdır. Təbii ki bu proses heç bir zaman anidən özünü göstərmir. Çox zaman ətrafdakılar dəyişikliyi hiss edir, vaxtında edilən yardımla intihar fikri yaranmadan depressiv simptomlar geriləyir. Baş verən dəyişmələr zamanında aşkar edilmədikdə, intihar düşüncələri artıq yeniyetmənin əsas düşüncələri halına gəlir. Dolayısı ilə bu fikirlər hər hansı bir formada ifadə də olunur. Bunun üçün ifadə edilən intihar fikri, ifadə formasından asılı olmayaraq ya zarafat ya ciddi mütləq şəkildə diqqətə alınmalı, bu fikirlər keçənə və yardım üçün istiqamətləndirilənə qədər insan yalnız buraxılmamalıdır.

 

Dr. Fuad Bəşirov,  Uzman psixiatr




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir