paltar

Paltar yuyarkən etdiyiniz 15 səhv

Baxış sayı: 1. 968

Paltar yumaq qadınların ən böyük qayğılarından biridir. Təbii ki, paltar yuyarkən bilmədən bəzi səhvlər edilir. Bu səhvlərdən hansılarını etdiyinizi bilirsinizmi?

1. Yuyulacaq paltarları səhv qruplaşdırmaq
Paltarlar rənglərinə görə ayrılmalıdır. Eyni zamanda, parçalarına da diqqət etmək lazımdır. Məsələn, dəsmalları sintetik parçalardan olan paltarlarla qarışdırmaq olmaz.

2. Ləkələri səhv formada çıxarmaq
Əgər ləkələri çıxarmaq üçün sərt yoldan istifadə edirsinizsə, çalışın ki, paltarlarınızda dəlik yaranmasın. Bu əməliyyatı yavaş hərəkətlərlə etməlisiniz.

3. Lazım olduğundan çox yuyucu toz istifadəsi
Paltar yuyarkən lazım olandan çox yuyucu toz istifadə etsəniz, yuyarkən çox köpük yaranacaq. Bu isə köynək yaxası kimi yerlərdə yeni ləkələrə gətirib çıxaracaq. Ona görə də yuyucu tozdan çox istifadə paltar yumanın ən ideal yolu sayılmır.

4. Zəncirbəndə (“zamok”) diqqət
Paltarları yumazdan əvvəl zəncirbəndləri bağlamaq lazımdır, yoxsa zəncirbənd digər paltarlara də zərər verə bilər.

5. Düymələrə diqqət
Köynək kimi düyməli paltarlarınızı yumazdan əvvəl düymələri açın, yoxsa düymələr qopa bilər.

6. Paltar yuma suyundan çox istifadə
Paltar yuma suyunu ləkələri çıxarsın deyə çox töksəniz, paltarlarınızın tez cırılmasına səbəb olar. Buna görə də paltarlarınızı qaynatmaq gözəl bir alternativ deyil.

7. Dəniz paltarları, şortik və bikinini paltar maşınında yumaq
Elastik quruluşlu şortik və bikini kimi paltarları paltar maşınında yumaq olmaz. Bu cür paltarları yumanın ən yaxşı yolu bir ləyəndə soyuq suyla əllə yumaqdır.

8. Paltaryuyan maşına istirahət etməsi üçün vaxt vermək
Bəziləri paltaryuyan maşının xarab olmasına səbəb ola biləcəyi üçün yumalar arasında paltar maşınının “dincəlməsini” gözləyir. Ancaq bu, səhv üsuldur. Çünki paltaryuyan maşın fasiləsiz istifadə edildikdə əvvəlki yumadan qalan enerji və istiliklə daha yaxşı işləyir.

9. Yastıq və odeyalları bir dəfə yumaq
Əgər yastıq və odeyalları paltaryuyan maşınında yuyursunuzsa, bir-birinin ardınca iki dəfə yumaq ən yaxşı üsuldur. Çünki yastıqlar köpüyü içinə çəkə və ikinci dəfə yuyulmazsa, köpüklü qala bilərlər.

10. Paltarları qruplaşdırmadan yumaq
Paltar yumanın ən yorucu tərəflərindən biri də paltarları qruplaşdırmaqdır. Bu əməliyyatı bir az daha asanlaşdırmaq üçün isə corabları ayırıb, ilk onları yumağa başlayın.

11. Dəsmallar üçün yumşaldıcı istifadəsi
Yumşaldıcıda olan kimyəvi qarışımlar dəsmallardakı əmici xüsusiyyəti azaldır. Buna görə də dəsmalları yuyarkən yumşaldıcı istifadə etmək səhv vərdişdir.

12. Bir dəfəyə çox paltar yumaq
Paltaryuyan maşının xarab olmasına yol aça biləcəyi üçün bir dəfəyə çox paltar yumayın.

13. Gödəkçə və paltoları səhv yumaq
Gödəkçələrin quruluşunun pozulmasının qarşısını almaq üçün maşına onunla birlikdə 3 dənə tennis topu qoyun. Tennis topu həm də çox köpüyü almağa da kömək edəcək.

14. Bahalı yumşaldıcı və tozlardan istifadə
Yuyucular arasında çox sayda ucuz vasitələr var. Məsələn, duz. Duz paltarlarınızı daha parlaq edər. Təbaşir də ləkələrin çıxmasına kömək olur. Limon suyu isə paltarlarınızı daha yumşaq və daha xoş qoxulu etmək üçün istifadə edilə bilər.

15. Paltar maşınına qulluq etməmək
Paltaryuyan maşına qulluq etmək çox əhəmiyyətlidir. Yuyucu toz və yumşaldıcı istifadə etdiyiniz üçün gözləri arasında qala bilər. Gözlər arasında yuyucu toz qalığı qala biləcəyi üçün onları arada bir çıxarıb nəzarət etmək məsləhətdir. Bununla yanaşı, yumadan sonra maşının qapağını açıq qoyun ki, içi qurusun. İldə bir və ya iki dəfə paltaryuyan maşınını isti su və sirkəylə işlədin, bu da paltar maşınının xarab olmasının qarşısını alacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir