cinsi zeiflik

Cinsi zəiflik və ya impotensiyanın psixoloji səbəbləri

Baxış sayı: 3. 168

Cinsi zəiflik qadınlarda cinsi hissiyatın, bədəndə fiziki əlamətlərin, seksual reaksiyanın olmaması və azalmasıdı. Cinsi həyacanlanma ilə birlikdə vaginada kifayət qədər islanma olmur, klitoris və bütövlükdə cinsi orqanda qabarmanın olmaması, sinəsində, döş uclarında ereksiya(sərtləşmə) əmələ gəlməməsi kimi halları əhatə edir. Ancaq unudulmamalıdır ki, bu reaksiyalar hər qadında eyni dərəcədə eyni dərəcədə olmaz. Yəni vaginanın islanması(lubrikasiya) bir qadında çox oldugu halda, digər bir qadında döşlərin sərtləşməsi və ya tez-tez nəfəs alıb vermədə bir artış ola bilər. Bu durum yaxşı bir müayinə ilə müəyyənləşdirilir.
Cinsi zəiflikdən danışanda daha çox kişilərə xas zəiflik üzərində daha çox dayanırlar.
Kişilərdə cinsi zəiflikdə isə cinsi orqanın (penis) ereksiyasının(sərtləşmə) olmaması halıdı. Kişi cinsi fəaliyyətlə məşğul olanda ya heç bir zaman ereksiya alınmır, ya da cinsi əlaqə bitənə qədər sərtləşmə axıracan davam etmir. Cinsi orqanın əzələsi tez boşalır. Bu vəziyyətə erektil disfunksiya və ya impotensiya deyillər. Xalq arasında bu kimi cinsi pozuntuya impotensiya, cinsi iqtidarsızlıq, cinsi potensiyanın zəifliyi də deyirlər.
1992-ci ildən etibarən artıq impotensiya termini ÜST qərarıyla erektil disfunksiya adı ilə əvəz edilib.
Bu narahatçılıq kişilərə çox ciddi təsir göstərir. Özlərinə olan hörmətlərini, güvənlərini itirirlər. Evlilik həyatında problemlər, konfliktlərlə üzləşməyə başlayırlar. Bu pozuntu nəticədə sosial problemlərə də səbəb olur. Hətta bir çox kişilər belə bir problemi olmasa da onunla rastlaşmaqdan qorxurlar. Beynində daim bu qorxuyla yaşayırlar. Təbbi ki, bu cür davranmağın da başqa bir cinsi problemlərə yol açdığını unutmamaq lazımdır. Erektil disfunksiyası olan bir kişi daimi olaraq bu barədə fikirləşir. Özünü həmişə sınıyır, erotik, parnoqrafik görüntüləri gözünün qarşısına gətirir, filmlərə baxaraq ereksiyanı bərpa etməyə çalışırlar. Bütün bunlardan sonra ereksiya(sərtləşmə) olmadıqda böyük bir üzüntüyə, sarsıntıya girirlər.
Cinsi zəifliyin bir çox tibbi-psixoloji səbəbləri vardır. Burda esterogen və androgen(kişi və qadın hormonları) hormonlarının çatışmazlığı, menopauza, hamiləlik, hamiləlik sonrası dövr, kemoterapiya və radyoterapiya, nevroloji xəstəliklər, ürək-damar problemləri, şəkər xəstəliyi, bəzi psixotrop və antidepressiv dərmanlar və eyni zamanda psixoloji, sosial səbəblər xüsusi ter tutur.
Başqa cinsi pozuntulara nisbətən bu pozuntunun səbəbləri arasında tibbi səbəblər daha az, psixoloji səbəblərsə daha yüksəkdi. Bundan savayı tibbi səbəbləri müalicə etmək də psixoloji faktorları aradan qaldırmaqdan asılıdı.
Yəni hər durumda psixoloji yardım göstərilməlidir.
İmpotensiyanın psixoloji səbəbləri:
1. İnsanın uşaqlığında və ya yeniyetməlik dövründə cinsi travmaya, sarsıntıya məruz qalması
2. Seksə qapalı, cinsi mövzulara qapalı, cinsəlliyi ayıb, günah və qəbahət sayan bir mühitdə böyümək
3. Cinsi özündərkin formalaşmaması
4.Cinsi bilgi çatışmamazlığı
5.Yanlış bilgilər, səhv düşüncələr
6. Fərdin öz bədənini tanımaması, cinsi orqanlarına yad olması, öz bədənindən utanması
7. Masturbasiya etməmiş olmaq(öz-özünü seksual baxımdan doyuraraq orqazma çatmaq)
8. Həyat yoldaşında cazibədarlıq görməmək, öz partnyorunu bəyənməmək
9.Həyat yoldaşına qarşı aqressiv, düşmənçilik duyğularının olması
10. Həyat yoldaşından fiziki, duygusal və cinsi zorakılıq görmək
11. Həyat yoldaşından(partnyorundan) utanmaq və onunla cinsi ünsiyyətin olmaması
12. Zorla evlənmə
13. Qohum evliliyi
14. Hamilə qalmaqdan qorxmaq
15. Ailə daxili konfliktlər, o cümlədən partnyorla baglı digər səbəblər(qısqanclıq, xəyanət və sairə)
16. Cinsi əlaqədən əvvəl kifayət qədər sevişmənin olmaması
17. Həddən çox sekslə məşğul olmaq
18.Depressiya(xatırladım ki depressiyanın ən ciddi əlamətlərindən biri cinsi əlaqəyə

meyl və istəyin olmamasıdır, hər şeydən imtina o cümlədən seksdən etməkdir)
19. Cinsi təcrübəsizlik
20. Qeyri-münasib mühit
21. Özünə güvənin çatışmaması, əskikliyi
22. Günahkarlıq hissi
23. Gizli homoseksuallıq(bəzi kişilərdə qarşı cinsə qarşı seksual həvəs olmadıgına görə onlarda cinsi zəiflik rast gəlinə bilər)
İmpotensiyanın müalicəsində də hər kəsə fərdi yanaşılır. Problem orqanikdirsə, hormonal balansla və ya hansısa xroniki xəstəliklə baglıdırsa bu tibbi tərəfdən müalicə edilir. Tibbi səbəblər aradan qaldırılsa da psixoloji yardım da göstərilməlidir. Ancaq istənilən halda cinsi zəiflik hansı səbəbdən olursa olsun, həm o insanın özünə güvəninə, həm də onuin partnyorunun psixologiyasında pis təsir göstərir.
Problem psixoloji səbəbdəndirsə cinsi psixoloji terapiya və ailə terapiyası ilə yanlış ünsiyyət qaydaları, yanlış bilgilər aradan qaldırılır. Cütlüklər arasında kin, acıqlılıq, xor görmə və sair bu kimi münasibətlər dəyişdirilir. Ailə həyatının və birlikdə olmağın gətirdiyi sevgi, güvən, etimad, hörmət, sədaqət kimi şərtlərin varlığını araşdırmaq lazımdır. Çünki evlilkdə sadəcə cinsi münasibət təkbaşına bir anlam daşımır. Ailədə başqa dəyərlərin olması da vacibdir.
Bu problem üz-üzə danışılaraq həll edilir. Bu terapiyada bir çox məsləhətlər verilir, problemin öhdəsindən gəlinə biləcək təlimatlar verilir.
İlk növbədə insan gərginlikdən, energetik yüklənmədən çıxarılır. Antistress müalicəsi aparılır.
Pasientlərin özlərinə tövsiyyələrimiz bu olur ki, stress yaradan amillərdən uzaq olsunlar. Ardıcıl olaraq fiziki gimnastikalar etsinlər. Yuxusuzluq və anormal həyat tərzi yaşanırsa mütləq bu hallar aradan qaldırılmalıdır. Qidalanmaya fikir verməlidirlər. Bundan əlavə ürək-damar sistemində bir problemvarsa, şəkər xəstəliyindən əziyyət çəkirsə mütləq həkimə müraciət edib müalicə olunmalıdır. Bu xəstəliklərin müalicəsi zamanı bizim də yardımçı müalicəvi seanslarımız çox rol oynayır. Çünki bu xəstəliklərin də böyük əksəriyyəti psixoloji faktorların üzündən, stress, qorxu, həyəcanlardan qaynaqlanır. Belə xəstələr həm də psixoloji yardım almalıdırlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir